Qadın
Monika bu dəfə ərəblər üçün poza verdi: "Bu gün qadınlar..." - FOTO
59 yaşlı Monika Belluççi "Vogue Arabia" jurnalının mart sayının üz qabığını bəzəyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa jurnala müsahibəsində feminizmdən və Tim Burtonla işindən söz açıb. Monika bildirib ki, rejissor sevgilisi ilə çalışmaqdan böyük zövq alır.
"Sevdiyiniz insanla işləmək təcrübəsini bölüşmək çox maraqlı və gözəldir", - kino ulduzu qeyd edib.
Monika aşiq olmağı çox sevdiyini də etiraf edib. "Özümü əsl qadın kimi hiss edirəm", - o, hazırkı vəziyyətini təsvir edərkən vurğulayıb.
Hazırda Fransada seriala çəkilən və iranlı rejissor Mərcan Satrapi ilə film üzərində çəkilişlərini bu yaxınlarda bitirən aktrisa peşəsinə olan münasibətini və sevgisini belə ifadə edib: "Filmə çəkildiyim zaman xüsusilə ilk günlərdə dəhşətli dərəcədə əsəbi oluram. Kino tamam başqa bir təcrübədir".
Belluççi kino sənayesindəki güclü qadınlardan da danışıb: "Hər şey ona görə dəyişir ki, bu gün qadınlar yüksək səslə danışırlar. Onlar artıq danışmaqdan qorxmurlar. İzabel Yupper, Şarlotta Ramplinq, Fanni Ardant... Bunlar hələ də baş rolları oynayan qadınlardır. Bu, sübut edir ki, dünya dəyişib. Əvvəllər 40 yaşdan yuxarı qadınlara işləmək imkanı verilmirdi - baxmayaraq ki, onlar inanılmaz dərəcədə istedadlı idilər".
Belluççi müsahibəsində gözəlliyinin də sirlərini bölüşüb. Aktrisa dişi enerjisinin çox güclü olduğunu və bunun fərqinə vardığını vurğulayıb. Eyni zamanda aktrisanın sözlərinə görə, bu mövzuda kompleksli deyil:
"Pilates edir və sağlam qidalanıram. Mən heç nə ilə bağlı deyiləm. Mən həyatı tam şəkildə yaşamağı xoşlayıram".
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq





































