Qadın
BMT Obamanın nənəsinə mükafat verdi
Barak Obamanın nənəsi Keniyada, prezidentin atasının doğulduğu Kogelo şəhərində məktəb və xəstəxana inşa etmək üçün 12 milyon pul toplayır.
Publika.az-ın məlumatına görə, bu məqsədlə Birləşmiş Ştatlar prezidentinin 94 yaşlı nənəsi Keniyadan ABŞ-a səfər edib. Əsas məqsədlərindən biri təhsilin inkişafı olan Sara Obama Nyu-York məktəblərindən birini ziyarət edib.
Yardım fondu ilə bağlı hazırlanan filmdə prezident Barak Obamanın ögey nənəsi Sara Obamanın Keniyadakı dul qadınlara və yetim uşaqlara uzun illərdir yardım etdiyi deyilir.
BMT-də etdiyi çıxışı zamanı Sara Obama yeniyetmə qız olarkən heç vaxt oxuya bilmədiyini deyib. Sara Obama heç vaxt məktəbə getməsə də, təhsilə böyük qiymət verdiyini bildirib.
“Ona görə də mən bütün övladlarıma təhsil vermişəm, hətta Barak Obamanın atasına da. Düşünmüşəm ki, əgər onlar təhsil alsalar, onlar müstəqil ola bilər və özləri özlərinə yardım edə bilər. Ona görə də təkcə mənimkilər deyil, hər bir uşaq təhsil almalıdır” -Sara Obama əlavə edib.
Kenyanın Kogelo şəhərində məktəb, yataqxana və xəstəxana inşa etməyi planlaşdıran Mama Sara Obamaya BMT-nin “Səhibkar Qasdınlar Günü”ndə mükafat təqdim olunub.
"Mama Sara" Yardım Fondunun dediyinə görə, artıq ilk məktəb binasının inşası üçün 250 min dollar toplanıb.
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq




























.jpg)









