Qadın
Təkcə meyvə ilə arıqlamaq mümkündürmü?
Sağlam qidalanmaq proqramını sadəcə meyvələrlə deyil, qida rejiminnə fikir verməklə də ideal bədənə qovuşa bilərsiniz.Təkcə meyvə ilə dolanmaq və arıqlamağa çalışmaq ən böyük səhvlərdən biridir. Halbuki, bütün günü nə qədər meyvə yeyilsə də, enerji ehtiyacını qarşılaya bilməz.
Enerji verən qış meyvələri yaxşı vitamin mənbəyi, mineral və enerji qaynağıdır. Onlar bədənin inkişaf etməsinə kömək edir, həm də hüceyrələri yeniləyir. Ancaq kifayət qədər qəbul edilərsə.
Meyvə istehsalının porsiyalarına da diqqət etmək lazımdır. Bədənin gündə ən azı 3 porsiyaya ehtiyacı var. Amma bu porsiyalar insandan-insana dəyişir. İnsanın yaşı, cinsiyyəti və çəkisinə görə dəyişir. Həmçinin alma, kivi və portağal kimi qlisemik indeksi aşağı olan meyvələr çəki atmağa kömək edir. Xüsusən də yağ hüceyrələrinin azalmasına yardım edən yaşıl çay yağları əritmək üçün olduqca faydalıdır.
Meyvəli pəhriz - Çətin pəhriz sayılsa da, nəticəsi çox müsbət olur. Myevə pəhrizi təhlükəli olduğu üçün onu ayda bir dəfə saxlamaq məsləhət görülür. Pəhriz zamanı meyvələr zövqə görə seçilir. Mədəsində problem olan adamlar isə çox diqqətli olmalıdırlar.
1-ci gün
Səhər - təzə çəkilmiş meyvə şirəsi ilə hər hansı bir meyvə
Nahar – salat və 1 stəkan su
Şam – meyvə salatı, meyvə və 1 stəkan meyvə şirəsi
2-ci gün
Səhər – bir boşqab doğranılmış meyvə, 1 stəkan su
Nahar – meyvə salatı və 1 stəkan su
Şam –qaynadılmış tərəvəz və 2 ədəd meyvə
3-cü gün
Səhər – bir boşqab doğranılmış meyvə və 1 stəkan təzə sıxılmış meyvə şirəsi;
Nahar –meyvə salatı və 1 stəkan su;
Şam – tərəvəz şorbası;
Resept
Bu resept çox asan və effektlidir. Gün ərzində 9 kiloqram meyvə yeyilməlidir. Bu pəhrizi ildə bir dəfə onu təkrarlamaq olar. Meyvələr zövqə görə seçilir, çalışmaq lazımdır ki, seçilmiş meyvələr rəngarəng olsun. Meyvələr gün ərzində müəyyən hissələrə bölünərək qəbul edilir.
1-ci və 6-cı gün – 1 kq meyvə
2-ci və 5-ci gün – 1,5 kq meyvə
3-cü və 5-ci gün –2 kq meyvə
Alma pəhrizi
Ən məşhur meyvə pəhrizi sayılır. Əvvəlcə səhər yeməyini alma ilə əvəz etmək lazımdır və 1 həftə davam etdirilir. 2-ci həftə nahar və şam yeməyi də alma ilə əvəz edilir və nahar yeməyinə tərəvəz şorbası əlavə olunmalıdır. Üç və dördüncü həftələrdə ancaq alma yeyilir, gün ərzində bal qatılmış su və ya bitki çayı içilə bilər. Beşinci və altıncı həftələrdə yalnız səhər yeməyi zamanı almadan istifadə edilir, nahar və şam yeməyi əvvəlki qaydasına salınır.
Süd məhsulları ilə meyvə pəhrizi
Səhər bir fincan şəkərsiz çay, 3 saatdan sonra yağsız kəsmik, 3 saatdan sonra 200 qram meyvə (zövqə görə), 3 saatdan sonra 300 qram az yağlı kefir, iki saatdan sonra 200 qram meyvə. Gün ərzində 1,5 litr maye qəbul etmək olar. Pəhriz bir həftə davam etdirilir.
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Rəsmi xronika09:04Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək




















.jpg)
.jpg)






.jpg)








