Qadın
Ən dəbli ofis geyimləri – FOTOLAR
Hər səhər dolabınızın qarşısında durub geyim seçmək çox çətindir, elə deyilmi? Bəs bu sahədə dəstək alsaydıq, daha yaxşı olmazdımı?
NICOLE FARHI
Kolleksiyadakı çiçək təsvirləri, sofistik tərzi gündüz ofisə, gecə
isə özəl dəvətlərə getməyə icazə verir. Jackie Kennedy tərzi dar
kəsimli, çiçək təsvirli, klassik geyimlərin üzərinə qısa jaketinizi
geyinərək gündəlik ofis tərzi yaradın. Çiçək fiqurlu bəzək əşyaları
taxaraq ofisin ən dəbli xanımı olacaqsınız. Hətta broşu saç
aksessuarı kimi istifadə etmək də mümkündür. Yüksək bel, kloş
ətəkləri tək rəng köynəklərlə birləşdirin.
AQUASCUTUM
Aquascutum parlaq parçası xanımları ofisin ulduzu etməyə nail olur. Qara paltarı qara rəngli dırnaq boyası ilə tamamlayın. Vəfalı dostunuz isə, yəni, çantanız da tünd göy rəngdə olarsa, daha zərif görünərsiniz. Başdan ayağa mavi rənglər istifadə etmək istəmirsinisə, başqa rənglərə yönələrək kontras yaradın. Ağ paltarları qara hündürdaban stillettolarla və böyük dəri çanta ilə birləşdirib ofis stilinə zəriflik əlavə edə bilərsiniz.
DEREK LAM
Kolleksiyada xardal yaşılı və qaranın müxtəlif çalarları hakimdir.
Qara rəngi yumşaltmaq üçün ağ rəngi də əlavə edə bilərsiniz. Yaz
aylarında krem və karamel tonlarında plaşlarınızı dar şalvarların
üzərindən geyinərək daha zərif görüntü əldə edə bilərsiniz. Xardal
yaşılı ətəkləri, yaxud şalvarları qara bleyzer pencəklə kombinasiya
edin. Başdan ayağa açıq solğun rənglərə müraciət etdiyiniz zaman,
neon rəngli aksessuarları artırın.
BCBG
Markanın bu mövsüm iki əvəzolunmaz rəngləri var: gümüşü və qəhvəyi
rənglər. Gümüş rəngli kombinezona seksuallıq bəxş etmək üçün
stilletto və qalın kəmər kimi iddialı aksessuarlarla birləşdirin.
Ancaq çox iddialı görünməmək üçün sadə makiyaja üstünlük verin.
Qəhvəyi tonlarında sadə və idman geyimləri düz ayaqqabılarla
tamamlayaraq ofisdə zərif görüntü əldə edə bilərsiniz.
DRIESVAN NOTEN
Modelyerlərin 30-cu illərdən bəri dəbə gətrdiyi baş lentləri sanki
kino ulduzunu xatırladır. Üz cizgilərinizə güvənirsinizsə, baş
lentlərini ipək köynəklə birləşdirərək vintaj bir görkəm əldə etmək
mümkündür. Qara, həcmli çiyinliyi olan pencəklər də bu stili
tamamlamaq üçün ideal variantdır. İri günəş eyəkləri ilə rok stili
yarada bilərsiniz. Zərif aksessuarlardan isə heç bir halda imtina
etməyin. Ən sadə geyimi belə aksessuarların köməyi ilə gözəlləşdirə
bilərsiniz.
CALVIN KLEIN
Zərif və məsum ağ rəng markanın əsas rəngi olmaqla ciddi geyimlərə
həyat verir. Modern kəsimləri, sofistik stilettolarla tamamlayaraq
aşırı idman stilində görünmək riskinə son verə bilərsiniz. Yaradıcı
aksessuarların köməyi ilə geyimi əyləndirməyə çalışın. Məsələn,
taxta dabanlı ayaqqabını, qalın kəmər ya da zərif bəzək əşyaları
taxaraq bir addım öndə ola bilərsiniz. Şalvar və pencək dəstini
arxadan topladığınız at quyruğu və stiletto ilə birləşdirib klassik
görüntü əldə edin.
LACOSTE
Lacostenin kv təsvirli şalvarları, rəngli kombinizonları ofis
stilinin əvəzolunmazıdır. Kombinozunun çox sadə və gündəlik
görünməməsi üçün zəncir saplı çantalarla, hörüklü kəmərlərlə
birləşdirərək ofisin ən dəbli xanımı olmağa layiq görüləcəksiniz.
Klassik şalvarların ayaqların qatlayıb daha modern tərz yarada
bilərsiniz.
Publika.Az-ın qadın bölməsi ən yaxşı ofis fotolarını təqdim edir:
-
Magazin101:41Şəbnəmin arxiv videosu yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
-
Magazin12 May 23:12Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Kriminal2 May 22:12Azərbaycanda toyda qan töküldü - Qardaşlar...
-
Region2 May 21:48Nərgiz Məhəmmədi həbsxanadan xəstəxanaya yerləşdirildi
-
İdman2 May 21:36Xanım azarkeşlər üçün forma hazırlandı - FOTO
-
Sosial2 May 21:00Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO
-
Magazin22 May 20:24Bülent Ərsoy reklam qonorarı ilə rekord qırdı































.png)

.jpg)






