Qadın
Hamilə qalmaq üçün hansı yaş idealdır?
21 və 30 yaşlı qadınların hamilə qalmaq ehtimalı çox yüksəkdir. 35 yaşdan sonra isə adətən hamilə qalma şansı azalır. 40 yaşından sonra hamilə qalmaq şansını itirir. 30 ilə 34 yaş arasında hər 7 qadından biri hamilə qalmama problemi ilə qarşı-qarşıya qala bilər. 35 yaşında isə hər 5 qadından biri hamilə qalmamaq durumu ilə qarşılaşır.
40 yaşından sonra isə hər 4 qadından birində, normal cinsəl həyatı və heç bir sağlamlıq problemi olmamasına baxmayaraq, hamilə qalmama şansı artır. Hamilə qalmaq asan görünsə də, bəlli yaşlarda risklidir. Hamilə qalmaq istəyən hər qadının bilməli olduğu şeylər var. Həm özünüzün, həm körpənin sağlamlığı üçün uyğun yaşın hansı olduğunu bilməkdə fayda var.
Hamiləlik üçün ən ideal yaş 20 ilə 32 yaş arasıdır. Bu yaşlar ən təhlükəsiz yaşlardır. Bu dönəmdə qadınlar aybaşını normal keçirdiyi üçün yumurtalama da daha asan olduğu üçün hamilə qalmaq şansı yüksəkdir. 20 ilə 24 yaş arası qadınların qorumasız cinsəl əlaqə sonrası hamilə qalması 20 faizdir. 20 yaşlı qadınların yüksək təzyiq yaşama ehtimalı çox yüksəkdir. Ancaq bu yaşlarda təzyiqin yoxlanılması vacibdir. Ən azından ayda bir dəfə. Bu yaşlarda uşağın düşmə ehtimalı 9 faizdir. Yəni, çox nadir hallarda qadınlar öz körpələrini itirir. Hamiləlik gecikdikcə uşağı itirmək ehtimalı artır.
Hamiləlik nə qədər ideal yaşlarda olarsa, uşağın düşmə ehtimalı az olar. 35 yaşdan sonra hamiləlik risklidir. Bu riks 38 yaşından etibarən ciddi miqdarda artar. Bu ehtimal 20 yaşlardaki analarda mində bir olduğu halda, 35 yaşlı analarda mində 3, 40 yaşında isə yüzdə bir olur. Bunun səbəbi irəli yaşlarda yumurtaların yaşlanması və illər keçdikcə bir çox zərərli maddələrə, infeksiyalara yaxalanmasıdır. Gec yaşda hamiləlik riskli olduğu kimi, erkən yaşlarda da hamiləlik riskli olur.
Kişilər ata olmağa tələsmədiyi halda, qadınlar həmişə evdə qalma qorxusundan gecikdiyini düşünürlər. Buna görə də ana olmağı arzulayırlar...
Türkiyənin qadın portallarından biri övlad sahibi olmaq üçün hansı yaşın ideal olması ilə bağlı sorğu keçirib. Bu araşdırmada 2846 nəfər iştirak edib. Araşdırmanın nəticələrinə görə, kişilər erkən yaşda ata olmağın əleyhinədir. Qadınların çoxu ana olmaq üçün 25-30 yaş arasının ideal olduğuna inanır.
Övlad sahibi olmaq üçün 31-35 yaş arası kişilərin 47 faizi ata olmağı azrulayır, qadınların isə 23 faizi ana olmağa hazır olduğunu deyib. Fikir ayrılığı 25-30 yaş arası üçün də keçərlidir. Qadınların 52 faizi ana olmağa razı olarkən, kişilərin ancaq 25 faizi özünü ata olmağa hazır hiss edir.
Sosial rifah artdıqca uşaq sayı azalır – Kişilər uşaq sahibi olmaq istədiyi zaman evlənmək istəyirlər və bu sahədə tələsmirlər. Qadınlar isə bioloji baxımdan karyerayaların yüksəldiyi yaş həddində 25-30 yaş arasında ana olmağa qərar verirlər. Buna görə də, deyə bilərik ki, sosial rifah artdıqca evlənmə yaşı və övlad sahibi olma yaşı artır. Uşaq sayı isə azalır.
-
Region01:41Türkiyədə polis bölməsinin həyətinə naməlum PUA DÜŞDÜ
-
Qoroskop00:30Günün ULDUZ FALI - Cazibənizlə hər kəsin diqqətini çəkəcəksiniz
-
MDB18 Avqust 22:48Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
İdman18 Avqust 22:24"Barselona" "Qızıl top" mükafatının sahibini transfer etdi
-
Avropa18 Avqust 22:12Almaniyada sosial fəlakət baş verdi
-
Sosial18 Avqust 21:48Vəkil Elşad Məmmədov həbs edildi - YENİLƏNDİ
-
İdman18 Avqust 21:36İki arvad saxlamağın bədəli: Həsənin uşaqları saçyoldusuna çıxdılar - VİDEO
-
Magazin118 Avqust 20:48“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf





































