Qadın
Yeni mövsümdə bunları geyinməyin - FOTOLAR
Köhnə kolleksiyalardan dəbdən düşmüş sevimli geyimlərimizi nə ilə əvəz edək? Geyim dolabını açanda orada ürək açan heç nəyə rast gəlmirsiniz? Evdən çıxmazdan əvvəl təşvişə düşürsünüzsə, yazımızı axıra qədər oxuyun. Biz bütün təşvişləri aradan qaldırmağa kömək edəcəyik.
Qarderobunuza nəzər salsanız görərsiniz ki, çoxunuz kompremisə getmirsiniz və artıq neçə illərdir ki, üslubunuzda heç bir dəyişiklik yoxdur. Deməli, sizin imicinizdə ciddi dəyişiklik etməyin vaxtı çatıb. Bu, siz düşündüyünüzdən də asandır. Sadəcə vərdiş elədiyiniz geyimləri seçin və onları əvəz edən nümunələr axtarın. Belə xırda detallara fikir verərək addım-addım üslubunuzu dəyişmək asan olacaq. Onlara yeni nəfəs gətirən modellərə dəyişin.
İsti üst geyimi – Qışda siz daim balon kurtkalarda gəzirsiniz. Çünki işə, gəzməyə, bir sözlə hər yerə getməyə rahatdır, həm də pərqu döşək kimi isti saxlayır. Amma bu “pərqu döşəklərə” abidə qoymaq vaxtıdır. Onları kimyəvi təmizləyiciyə verib arxivə atın. Özünüzə yeni üst geyimi axtarın. Əvəzində militari stilində papağı xəzli olan uzun kurtka alın.
Pencək – Klassik üslubda tikilmiş pencəklər sizi getdiyiniz hər yerdə müşayiət edir. Geyimlər dəyişsə də, pencək dəyişməz olaraq qalır. Bomber üslubunda tikilmiş rəngli pencək almağın vaxtıdır. Bomber – 2014-cü ilin əsas qəhəmanıdır. Onlar o qədər dəbdədir ki, cins pencəkləri, dəri kurtkaları və digər üst geyimləri dəbdən uzaqlaşadıracaq.
Köynək – Siz hər gün eyni klassik ağ köynəkdə gəzirsiniz? Çünki ciddi üsluba bundan yaxşı uyğun olan köynək tapmazsan. Amma sadə, boğazlı köynəklə onu uğurla əvəz edə bilərsiniz. Əslində, onlar uzaq qohum hesab olunurlar.
Ətək – Tvid və başqa qalın parçadan tikilən qısa ətəkləri geyinməyimizin 2 səbəbi var: birincisi çox dəbli və rahatdır, ikincisi də isti saxlayır. Soyuqda da qısa ətəkdən imtina edə bilməyənlər üçün qeyd edim ki, şortik ətəklər onu əvəz edən ən gözəl modellərdir.
Çanta – Çanta getdiyimiz hər yerdə bizə yoldaşlıq edir. Yeni mövsümdə poçtalyon modellərini ağzı büzməli çantalar əvəz edəcək. Onu həm çiyində gəzdirmək, həm də balaca qayışı hesabına əldə gəzdirmək olar.
Aksessuar – İri qaşlarla hazırlanmış, həcmli boyunbağılar istənilən geyimi darıxdırıcı olmaqdan xilas edir. Amma yumru dəmirdən düzəldilmiş və ucun birləşən iri qaşlar onları yeni mövsümdə sıxışdıracaq. Bu aksessuarların dəmiri köynəyin altında qaldığı üçün yaxalığa taxılan broş kimi görünəcək.
Publika.Az-ın qadın bölməsi bu il dəbdən düşənləri və onların əvəzləyicilərini təqdim edir: yuxarı oxlar dəbdə olanları, oxların ucu aşağı olanlar isə dəbdən düşənləri bildirir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər





































.jpg)
.jpg)