Zövqlü xanımların yeni ünvanı - “EDİTTA" - FOTOLAR
Bizi izləyin

Qadın

Zövqlü xanımların yeni ünvanı - “EDİTTA" - FOTOLAR

Ötən gün Bakıda evinin gözəl görünməsini istəyən zövqlü xanımlar üçün pərdənin yeni ünvanı – “Editta Home Design” (Məmməd Araz küçəsi 23) pərdə-tül mərkəzinin açılış mərasimi keçirildi. İtaliya, İspaniya, Türkiyə brendlərinin məhsullarını təqdim edən yeni mərkəz alıcılara həm hazır məhsullar təqdim edəcək, həm də müştərilərin sifarişləri əsasında onların zövqlərinə uyğun, müxtəlif dizaynlarda pərdə-tül hazırlayacaq.

Açılış mərasimində çıxış edən mərkəzin sahibi Şəhla Əkbərova qeyd etdi ki, mağazada “Vakko Home Collection”, “Vesace Home Collection”dan pərdəlik parçalar var: “Pərdələr ən müasir kataloqlar üzrə sifarişlər əsasında tikilir və quraşdırılır. Məhsullarımıza 10 il zəmanət veririk”.

Ş.Əkbərova bildirdi ki, ev dizaynında ən əsas göstəricilərdən biri də düzgün pərdə seçimidir: “Evi pərdəsiz təsəvvür etmək mümkün deyil. Pərdə seçmək isə heç də asan iş hesab olunmur. Mağazamız bu məhz məsələdə zövqlü xanımların istəklərini tam yerinə yetirməyə çalışacaq. Yeri gəlmişkən, mağazamızda İtaliya, İspaniya brendləri ilə yanaşı Türkiyə istehsalı olan böyük sayda çeşid və nümunələrimiz var”.

Ölkənin ictimai-mədəni həyatında mühüm rol oynayan məşhur xanımların iştirak etdiyi mərasimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova gənc sahibkara uğurlar arzuladı. O, son illər biznes sektorunda qadınların rolunun artmasından söz açdı. Qeyd etdi ki, sahibkarlıqla məşğul olan fərdi sahibkarların 81,0 faizini kişilər, 19,0 faizini isə qadınlar təşkil edir: "İki il əvvəl qadın sahibkarların payı 17,3 faiz idi. Sahibkar qadınların 39,4 faizi Bakıda, 16,3 faizi Aran, 15,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə bölgüsündən aydın olur ki, Bakıda (21,9%), habelə Gəncə-Qazax (22,6%) və Şəki-Zaqatala (20,6%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.Göründüyü kimi iqisadi rayonlar üzrə də qadın sahibkarların payı yüksəkdir. Əslində Azərbaycan qadınları qabiliyyətlidir. Sadəcə, bu qabiliyyəti ortaya qoymaq üçün sevgi lazımdır”.

Çıxış edən digər iştirakçılar da gənc sahibkara uğurlar arzuladılar. Mərasim çay süfrəsi arxasında davam etdirildi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm