Qadın
Toya hazırlaşan gəlinlər oxusun – FOTOLAR
2014-cü ildə qısa gəlinliklərin dəbdə olacağından bəhs etmişdim. Bu gün isə yaz aylarında dəbdə olacaq digər gəlinlik modellərindən bəhs edəcəyəm. Toya hazırlaşan gəlinlərə deyim ki, modelyerlər onların hər birinin zövqünü nəzərə alıb və fərdiliyini qorumağa çalışıb.
Rəngli gəlinliklər – Başda “Oscar de la Renta” olmaqla bir çox modelyerin kolleksiyasında rəngli gəlinliklərə rast gəlmək mümkündür. Yenilikləri sınaqdan keçirməyi sevənlərin rəngli gəlinliklər seçmək şansı çoxdur. Açıq çəhrayı, mavi və solğun sarı rəngləri ən özəl günlərdə üzərində daşıya bilərsiniz.
Balıq modeli – Qırmızı xalıda dünya ulduzlarının əksəriyyəti balıq modelinə müraciət edir və dəniz qızına çevrilir. Bu modellər 2014-cü ildə də öz yerini sağlam şəkildə qoruyub. Mükəmməl bədən quruluşuna güvənən gəlin namizədləri üçün olduqca iddialı gəlinlik ola bilər.
Uzun qollu gəlinliklər – Bu modeli adətən həyat yoldaşları qısqanc olan gəlinlər seçir. Bundan başqa uzun qollu gəlinliklərin qış ayları üçün nəzərdə tutulduğunu düşünürsünüzsə, yanılırsınız. Çünki yaz və yay aylarında uzun qollu gəlinliklər dəbə minəcək. Uzun qollu gəlinlik dedikdə ağlınıza qolları tamamilə örtən qalın parça növləri gəlməsin. İncə və zərif krujeva yaxud, şəffaf parça növlərindən tikilən uzun qollu gəlinlik modellərini istənilən mövsümdə geyinə bilərsiniz.
Minimal gəlinliklər – Modelyerlər 2014-cü ilin baharında sadə və zərif görünmək istəyən gəlin namizədlərini unutmayıb. Şitlikdən uzaq, heç bir əlavəsiz, bəzək-düzəksiz, bir sözlə əlavələri minimuma endirilmiş gəlinliklər ürəyinizə yatan seçim ola bilər.
Valanlı və qat-qatlı gəlinliklər – Toy günü kraliçalar kimi görünmək istəyirsinizsə, qat-qatlı gəlinlik modelləri sizlikdir. Sadəcə bu qatların zövqlə tikilməsinə fikir verin, əks halda ilin ən zövqsüz gəlininə çevrilərsiniz. Kiçik valonlar əlavə edilmiş, bundan başqa qatar kimi uzanan şleyfli gəlinliklərin qarşıdakı aylarda aktual olacağı şübhəsizdir.
Publika.Az-ın qadın bölməsi bu il dəbdə olacaq gəlinlik modellərini təqdim edir:
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi





































.jpg)
.jpg)