Qadın
Ev dekorasiyasında rənglərin psixoloji mənaları - FOTOLAR
Açıq bənövşəyi – dünyanın ən tanınmış rəng mütəxəssisi Pantone tərəfindən 2014-ün rəngi seçilib. Bu rəngin dəbdə olduğu dekorasiya ilə yanaşı mebellərdə də hiss olunur. Çəhrayı və bənövşəyinin qarışığı olan bu rəng xəyal gücünü və yaradıcılıq qabiliyyətini artırır.

Mavi – rahatladır, sakitləşdirir. Ofis otaqları üçün olduqca uyğundur. Həmçinin iştahanı kəsməkdə olduqca effektlidir. Əgər işləyəndə dəhşətli dərəcədə acırsınızsa, mavi rəngin köməyindən istifadə edin.

Yaşıl – yeniliyi, təravəti, uğuru, bolluq və bərəkəti təmsil edir. Bu pozitiv rəngi iş yerində istifadə edə bilərsiniz. Divardan yaşıl rəngli aksessuar da asa bilərsiniz. Evinizin divarlarını yaşıla boyamaq fikri cazibədar gəlmirsə, otaqları dibçək gülləri ilə bəzəyin.

Qara – sirli rəng olduğu üçün gücün qüdrətin simvollarından biridir. Qara rəngdən adətən ev dekorasiyasında istifadə edilmir. Çünki qara depressiyaya səbəb olur. Ancaq kiçik qara aksessuarlar otağa sofistik atmosfer bəxş edə bilər.

Qırmızı – bu rəng olduğu hər yerə enerji yayır və insanın özünə olan inamını artırır. Bu rəng yataq otağında istifadə edilərsə, ehtirası gücləndirər.

Çəhrayı – məsum və romantik rəng olduğu üçün pozitiv enerji verir. Çəhrayını ev dekorasiyasında açıq qəhvəyi tonlarla birləşdirə bilərsiniz.

Sarı – günəş işığını xatırladır, həm də əhvalı qaldırır. Əsəbi və gərgin olduğunuz zaman sarı rəngin çalarlarına müraciət edin.

Narıncı – qırmızı və sarı kimi enerjili rəngdir. Bu isti rəng əhvalı qaldırır və sosiallığı artırır. Əsasən uşaq və oyun otaqları üçün olduqca uyğun rəngdir.

Publika.Az
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...

















.jpg)
.jpg)


.jpg)













.jpg)
