Əfsanəvi modelyerin uğurunun 7 SİRRİ
Bizi izləyin

Qadın

Əfsanəvi modelyerin uğurunun 7 SİRRİ

Əfsanəvi modelyerin uğurunun 7 SİRRİ

“Əgər siz sizdə olmayan nəyisə istəyirsinizsə, demək ki, siz heç vaxt etmədiyinizi etməlisiniz.” Bunu işləməkdən heç vaxt yorulmayan, ən əsası da fədakarcasına çalışan, işi yolunda can qoyan valehedici bir qadın – Koko Şanel demişdi. O hər zaman nə istəyirdisə və ən çox nə sevirdisə onu da edirdi. Ona fikrincə, insan sevdiyi işlə məşğul olmalıdır. Şanel üçün uğurun açarı: biz başa düşməliyik ki, biz daha çox nə ilə məşğul olmağı xoşlayırıq; bunu anladıqdan sonra isə biz həyatda özümüzü, öz yerimizi tapmalı, sonra çalışıb, şərait qurub, uğura dərs verməliyik.

Publika.az bu gün Koko Şanelin doğum günü olması münasibəti ilə onun uğurunun 7 sirrini təqdime dir?

1. Qabriel (Koko) Şanel hər səhər dünyaya yeni gəlmiş kimi oyanardı. Həmin günü keçmişində heç bir hadisə baş verməmiş kimi yaşayırdı. Onun uşaqlığı və gəncliyi çox sıxıcı və mənasız keçib. Yalnız buna baxmayaraq, o yaddaşından bütün bu günləri silə bilirdi. O, öz gününü yeni fikirlərlə və gələcək bioqrafiyasını yazmaqla keçirirdi — dünəni yox bu günü və sabahi düşünməklə...

2. Həyatında olan maneələr onu fikrindən ayırmırdı. Düşünürdü ki, maneələr onun daha da yolunu açır. İlk işində o dərzilikdən heç nə bilmirdi. Nəyi necə edəcəyini... Şanel tam təcrübəsiz idi. İlk dərziliyini kişi cersisi (cersi — toxunma ipək, yun və s. parça və bu parçadan tikilən paltar) üzərində apardı. O, tikmirdi və çəkmirdi. Sadəcə parçanı manekenin üzərinə qoyub müəyyən formada kəsirdi. O dövrlərdə qadınların saçlarının uzun olması şərt idi. Bir gün Şanelin qaz kolonkasından saçı yanır və uzun saçlarını kəsmək məcburiyyətində qalır. Saçlarının qısa olması onu heç də utandırmır. Və bununla da, 1917-ci ildə dəbə qısa saç modelləri gəlir.

3. Şanelin ətrafında hər insan ola bilmirdi. Yalnız yaxın dostları onun yanında olurdu. O, təsadüfə inanmırdı, buna görə də həyatında təsadüflər az baş verirdi. Dali, Kokto, Pikasso, Dyaqilev, Stravinskiy — onun uşaqlıq dostları idi.

4. Sevgi Kokonun məktəbi idi, sevgililər isə Universiteti. Şanelin üstünlüklərindən biri də onun əks cinsi maraqlandıra biləcək xarakterinin olması idi. Onun aşiqləri çox olub: Böyük knyaz Dmitriy, şair Pyer Reverdi, Pol İrib və.s. At sürməyi, ingilis dilini, ovçuluq etməyi, tennis oynamağı Şanel öz aşiqlərindən öyrənmişdi. Həyatında önəmli şəxs olan Ernest Bo onun «Chanel № 5» ətirini yaratmaqda yardım edir.

5. Koko Şanelə qədər qara rəng bədbəxtlik və matəm rəmzi kimi hesab olunurdu. O səbəbsiz geyinilmirdi. Amma Şanel qara rəngin daha qlamurlu və gözəl olduğunu elan etdi. O, dünyaya əksəriyyətin baxdığı gözlə baxmırdı. Şanelin dəbində qara rəngin öz özəlliyi var. Və kolleksiyasında qara rəngli paltarlara xüsusi yer ayırıb.

6. Azadlıq onun daxili, həyatının aksiomu idi. Eşq həyatında belə o çox azad və sərbəst görünürdü. Gecə gəzmələr, içki, siqaret... Ətrafındakılar onun sayəsində dəbdəbəli yaşayırdılar. Şanelin fikrincə, xərcləmək onu utanmaqdan azad edirdi.

7. İnsan xoşbəxt görünərsə, o gözəldir. Xobəxtlik onun üzünə çökər və gözəl görüməyinə yardım edir. 50 yaşında olarkən özünü 20 yaşlı kimi hiss edərdi. Azadlığı yenə öndə tutardı, daima gülümsəyərdi. Eybəcər qadın yoxdur sadəcə, özünə baxmayan qadın var. Bu kəlməni hər bir qadın öndə tutmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm