Qadın
Hansı saç rəngləri qadınları daha gənc göstərir? - FOTOLAR
Qadınları gənc göstərən saç rəngləri və saç modelləri
Gənc görünməyə yardım edən bir çox üsullar mövcuddur. Kremlər, estetik cərrahiyyə, bir də qadınların vitrini hesab olunan saçlar... Bu gün sizə hansı saç rənglərinin yaşlı, hansının isə daha gənc göstərdiyi haqqında məlumat verəcəyəm.
Uzun saç qadını daha cazibədar və seksual göstərir. Amma gənc görünmək üçün saçları uzatmaq şərt deyil. Belə ki, qısa saç modelləri ilə də yaşınızı göstərməyə bilərsiniz. Lakin gənc görünmək üçün saç modellərindən çox saç rəngləri önəmlidir. Müəyyən bir yaşdan sonra xanımlar hansı saç rənginin ona gənc göstərdiyini tapmaqda çətinlik çəkir. Eyni zamanda saçın əvvəlki həcmini və keyfiyyətini itirməsi bu işi daha da qəlizləşdirir. Bu halda düzgün seçilmiş saç rəngi ilə 5-6 yaş cavan görünmək öz əlinizdədir.
Torpaq rəngləri: Torpaq rəngləri təbii və isti rənglərdir. Seçiminizi qəhvəyi rəngin üzərində etmisinizsə, orta tonlara üstünlük verin. Təbii saç rənginizə yaxın olması və dəri rənginizlə ziddiyyət təşkil etməməsi də çox önəmlidir. Xoş görünmək üçün saç rənginizdən 1-2 ton daha açıq rənglərə müraciət edə bilərsiniz. Şokolad, tünd bal və açıq qəhvəyi kölgələrlə (balyaj) saçınızı daha həcmli göstəmərəyə nail olarsınız.

Zərif qızılı: Qızılı tonlara da yer verə bilərsiniz, amma qətiyyən parlaq olmamalıdır. Qızılı tonlara üstün verirsinizsə, kölgələr daha tünd, ya da seçdiyiniz rəngə yaxın tonlarda olmalıdır. Qızıla çalan qəhvəyi uğurlu rəng ola bilər.

Qızıl sarısı: (Əlbəttə ki, əgər sarışınsınıza) Saçınız sarıdırsa, qızıl sarısını sınaqdan keçirə bilərsiniz. Kölgələri təbii saç rənginizdə, 1-2 ton açıq rənglərdən istifadə edə bilərsiniz. Sapsarı saçlardan isə uzaq durun. Açıq sarı saç uclarındakı tünd kölgələr də gözəl görünür.

Mütəxəssislər daha gənc görünmək istəyən orta yaşlı xanımlara kül və qara saç rənglərindən uzaq durmağı tövsiyə edir.
Kül rəngləri soyuq dediyimiz rəng qrupuna daxil olduğu üçün xanımları solğun göstərir. Orta yaş xanımlara tövsiyə edilmir. Lakin daha irəli yaşlarda saçlarını kül rənglərinə boyaya bilərlər.

Qara saç rəngi də orta yaş xanımlara tövsiyə edilmir. Üzdəki qüsurları, qırışları daha da aydın göstərir. Orta yaşlı xanımlarda qara saç rəngi bir az süni görünür.

Saç rəngi seçərkən təbii saç rəngini, gözlərin rəngini də nəzərə alın. Dəbdən asılı olmayraq, sizə yarşanı seçin. Publika.Az-ın qadın bölməsi daha gənc görünmək istəyən xanımlar üçün yaşı 40-ı keçən ulduzların fotolarını toplayıb. 40 yaşı keçmiş məşhur qadınların fotolarına baxsaq, olduğundan qat-qat gənc göründüklərini müşahidə edərik. Burada saç rənginin rolu danılmazdır. Baxaq görək onlar hansı saç rənglərinə üstünlük veriblər?
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
















.jpg)
















.jpg)

