Qadın
Keyt Middletonun hersoginyaya çevrilməsi FOTOLARDA
Şahzadə Uilyamla Kembric hersoginyası Keyt Middletonun həyatında fərəhli hadisə baş verib. Belə ki, bir neçə gün öncə bu məşhur cütlüyün qız övladı doğulub. Körpə məşhur cütlüyün ikinci övladıdır.

Kral ailəsində olmasa da, varlı pilot ailəsində doğulan Keyt Middleton özü isə 1982-ci ilin yanvarın 9-da ingilis qraflığında - Berkşirdə anadan olub. Publika.az böyüyüb hersoginiyaya çevrilən bu qızın həyat yolunu izləyib.
Beləliklə, Keytin ailəsi bir neçə il İordaniyada yaşamağa məcbur olub, çünki atasını ezamiyyətə oraya göndərmişdilər. Ölkəyə qayıdandan sonra Berkşir Sent-Endryus məktəbinə daxil olub, sonradan nüfuzlu, özəl təhsil ocağı Malboro kollecini uğurlarla bitirib.
Bundan başqa, Keyt təhsil aldığı illərdə xüsusilə tennis, yüngül atletika, xokkeylə və idmanla fəal məşğul olub.
2000-ci ildə kolleci bitirdikdən sonra, o, il ərzində iki ölkədə - İtaliya və Çilidə nüfuzlu təhsil müəssisələrində və xeyriyyə proqramlarında iştirak edib.
2001-ci ildə Keyt bu sahədə Şotlandiyanın Fayf Sent Endyrus universitetinə daxil olub, şahzadə Uilyamla da orda tanış olub. Bu təhsil müəssisində gənclər incəsənət tarixini birlikdə öyrənirdilər. Lakin kraliça II Yelizavetanın nəvəsi sonradan başqa bir fakültəyə keçirilir.
Universitetdə tədris zamanı şahzadə Ulilyamın gələcək həyat yoldaşı xeyriyyə tədbirlərində fəal iştirak edirdi. Belə ki, Keyt Middleton 2002-ci ildə keçirilən təntənəli xeyriyyə tədbirində podiuma çıxmış və özünü model kimi sınamışdı. Ən maraqlısı isə gələcək hersoginyanın bu tədbirdə şəffaf paltar geyinməsi idi.
Müxtəlif versiyalara görə, onda Keytlə Uilyam arasındakı sevgi romanı artıq başlamışdı. Tələbəlik illərində onlar birlikdə tətilə çıxırdılar. 2003-ci ildə isə qız şahzadənin iyirmi birinci ad gününə dəvət alan az sayda dostları sırasında idi.
Universiteti bitirdikdən sonra Keyt “Party Pieces” ailə şirkətində işləməyə başlayıb. O, ailə biznesində dizayn kataloq çəkilişləri və marketinq kampaniyası ilə məşğul olub.
2007-ci ildə Uilyam Dorset qraflığına hərbi düşərgəyə yollanır, Keyt isə Londonda qalır.
Mövcud vəziyyət və jurnalistlər tərəfindən artan təzyiq cütlüyün gözlənilmədən baş verən ayrılığına səbəb olur. Lakin bir müddət sonra onlar obyektivlər qarşısında yenidən birlikdə peyda olurlar. Xatırladaq ki, o vaxtlarda məşhur cütlüyün münasibətləri rəsmi deyildi.
2010-ci ilin noyabrında şahzadə və onun sevgilisinin nişan mərasimi keçirildi. Bir il sonra - apreldə Vestminster abbatlığında cütlüyün toy mərasimi keçirildi. Haqlı olaraq onların toyunu ilin əsas hadisəsi hesab etmək olar. Çünki orada iki minə yaxın məşhur qonaq iştirak etmişdi. Üstəlik, tədbir dünyanın bir çox ölkəsində canlı yayımlanırdı.
Cavan ər-arvad toydan sonra Kembric hersoqu və hersoginyası titulunu qazanır.
2011-ci ildə də Uilyamla Keytin münasibətlərinə həsr olunmuş eyni adlı film çəkilib.
2013-ci ilin iyulunda Uilyamla Keytin oğlu Georq Aleksandr Lui andan olub.
Demək lazımdır ki, bir çoxları Keyti müasir stil ikonası hesab edir. Biz bu adı müzakirə etmək istəmirik, bu xanımın həqiqətən qüsursuz zövq sahibi olduğunu qeyd etməyə bilmərik.
Keyt hər çıxışı ilə böyük rezonans doğura bilir. Stilistlər onun obrazını diqqətlə ölçüb biçirlər. Nəticədə biz hersoginyanı hər zaman statusuna uyğun gözəl, qamətli, onun təbii gözəlliyini korlamayan qəşəng və təmkinli fasonlarda görürük.
Sonda isə Keyt Middletonun ikinci dəfə ana olmasının şərəfinə biz onun geyim tərzinin təkmilləşmə prosesini izləməyi təklif edirik. Gəlin, bu sadə qızın birdən-birə Kembric hersoginyasına çevrilməsini birlikdə izləyək...
Aytən
2002-ci il
2005-ci il
2006-cı il
2007-ci il
2008-ci il
2009-cu il
2010-cu il
2011- ci il
2012-ci il
2013-cü il
2014-cü il
2015-ci il
2002-ci il /
2005-ci il
2006-cı il/
2007-ci il
2008-ci il/
2009-cu il
2010-cu il/
2011-ci il
2012-ci il/ 2013
-cü il
2014-cü il/
2015-ci il
Посмотреть полностью:http://www.spletnik.ru/beauty/beautyevolution/58861-evolyutciya-gertcoginya-ketrin.html
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu































.png)

.jpg)






