Uşağa tualetə getmək vərdişinin öyrədilməsi
Bizi izləyin

Qadın

Uşağa tualetə getmək vərdişinin öyrədilməsi

Uşağın inkişafı düzgün qulluqdan asılıdır. Uşağa tualet vərdişinin öyrədilməsi onun inkişafında mühüm mərhələdir.

Uşağa tualet vərdişlərini öyrədərkən uşağın buna hazırlıq dərəcəsi nəzərə alınmalıdır. Aparılan araşdırmalarda sübut olub ki, uşaq buna 18 ayından sonra hazır olur. 18 ayından sonra uşaq özünü dərk etməyə başlayır. Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, tualetə getmə vərdişi yalnız sinir və əzələlər arasında əlaqə yarandıqda mümkündür. Sidik kisəsi dolanda oradan onurğa beyninə və sonra baş beyinə siqnallar gedir və uşaq sidiyə getmək istədiyini bildirir.

Tualetə getmək vərdişi necə öyrədilir? Uşaqların tualetə getməyə vərdiş etməsi üçün nələrə diqqət etmək lazımdır? Tez-tez edilən səhvlər nələrdir?

Uşağın bezi islananda nəmişliyə öyrəşməməsi üçün altını dərhal dəyişdirin. Altının quru və təmiz olmasına öyrəşən uşaq nəmişlikdən narahat olmağa başlayacaq.

Uşağınıza altı çirkləndiyi zaman bunu sizə asanlıqla izah etməsini öyrədin.

Uşağınız tualetə sidiyi və nəcisi altına deyil, tualetə edəndə onu mükafatlandırın. Uşağınızı alqışlayın, öpün, sevdiyi oyunları oynadaraq onun nə qədər yaxşı hərəkət etdiyini hiss etdirin.

Körpənizin ayaqyoluna getdiyi yeri əyləncəli hala gətirin. Məsələn, uşaqlar üçün oturacaqlı güvəcin (qorşok) ən gözəlini, ən əyləncəli, ən rahat olanı seçin.

Uşaqlarınız sidiyinin olduğunu özləri sizə hərəkətləri və ya sözləri ilə bildirmədikcə, onları tualetə aparmayın. Əks halda sizə arxayın olduğu üçün tualet vərdişini mənimsəməyəcək.

Bunu məcburi bir iş kimi deyil, daha çox oyun oynamaq kimi əyləncəli bir iş kimi etdiyinizi düşünməsini təmin edin.

Uşaq güvəcə oturanda onunla söhbət edin, onu bu mühüm dərsdə tək qoymadığınızı və dəstəyinizi hiss etdirin.

Tualet vərdişini öyrədən bu məqamlara diqqət edin:

Uşağa tualetə getmək vərdişini öyrətdiyiniz müddətdə asan çıxarılan və geyinilə bilən paltarlar seçin.

Uşağınız altını islatdıqda qətiyyən əsəbi davranıb onu cəzalandırmayın, danlamayın. Onun hələ bir uşaq olduğunu və bunu yeni öyrəndiyini unutmayın, səbirli olun.

İlk sınaqlar uğursuz olsa da, dərhal vaz keçməyin, səbir edin.

Uşağınız tualetini etdikdən sonra ona əllərini sabunla yumağı öyrədin.

Uşağınıza tualet məsələsində israr etməyin, nə qədər israr etsəniz, vərdişi mənimsəmək bir o qədər çətin olacaq.

Uşağınızı dayəyə etibar edirsinizsə, onun da eyni üsulu öyrətdiyindən əmin olun.

Uşağınızı “tualet” “kaka”, “çiş” sözləri ilə tanış edin. Məsələn, altını dəyişdirərkən bu sözlərdən tez-tez istifadə edin. Siz soruşduqda tualetin harada olduğunu, altına qoyulan güvəcin harada olduğunu göstərsin.

Altı çirklənən kimi vaxt itirmədən körpənin bezini dərhal dəyişdirin ki, altı murdar olanda narahat olsun və bu vəziyyətə adət etməsin. Siz buna fikir versəniz, uşağınızın tualetə getmək vərdişinə dərhal uyğunlaşmasını öyrədəcəksiniz.

Uşağınıza güvəcini tanıdın və onun yalnız ona məxsus olduğunu izah edin. Güvəci onun sevəcəyi tərzdə və rəngdə seçməyiniz işinizi asanlaşdıran vacib amil sayılır. Alta qoyulan ləyəni həmişə tualetə, ya da hamama qoyun ki, onun yalnız orada istifadə edildiyini yaddaşında saxlasın. Paltarını çıxartmalı olduğunu və yalnız dalının açıq olduğu şəkildə oturdun ki, altına qoyulan güvəcin nə məqsədlə istifadə etdiyini asanlıqla öyrənsin.

Uşağınızın tualetə sizinlə gəlməsinə izn verin və ona orada nə etdiyinizi anladın. Tualetin əslində, gözəl məkan olduğunu hiss etdirin. Məsələn, siz tualetdən istifadə edərkən ona gündəlik hadisələrdən bəhs edin, ya da oyunlar oynayın ki, bunun normal bir şey olduğunu dərk etsin.

Uşağınıza artıq böyüdüyünü və böyüklər kimi tualetdən istifadə etməsi lazım olduğunu izah edin.

Uşağa tualetə getmək vərdişini öyrədən zaman edilən səhvlər:

Uşağınıza sidiyini tualetə etməsi məsələsində israr etməyin və təzyiq göstərməyin.

Tualetə oturduğu zaman onu sıxmayın, rahat buraxın.

Tualet vərdişinin çox önəmli bir hadisə kimi deyil, çox təbii bir hadisə kimi tanış edin.

Uşağınız sidiyini altına etdikdə sərt cəzalandırmayın.

İşi bitdikdə suyu çəkin və uşağa da öyrədin. Bu prosesi bir oyunmuş kimi düşünüb bunu etməkdən zövq alacaq.

Uşağınız stressli olduğu zamanlarda tualet getmək vərdişini öyrətməyin.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm