Qadın
Ağ köynəyi nə ilə geyinsək, daha gözəl görünər? - FOTOLAR
Açıq rəngli köynəklər, xüsusən də işləyən xanımların qarderobunun ən çox işlədilən geyimlərindən biridir. Ciddi üslubun əsas elementi hesab olunan köynəkləri müxtəlif üslubda geyinmək olar. Bundan başqa qadınlara ən çox yaraşan və qadınlığını ön plana çıxaran geyimdir. Qadınlar üçün bu qədər önəmli olan köynəyi geyinməyin bir neçə növü var. Kişi stilindən uzaqlaşmağın ən yaxşı variantı aksessuarlardır...
Mavi cins – Ağ köynəklə mavi cins həm rahat sintez olunur, həm də insanı yormur. Üstəlik platforma ayaqqabılar bu stilə xüsusi gözəllik verir. İdman ayaqqabıları ilə başqa bir eleqantlıq yarada bilərsiniz. Mövsümə uyğun olan papaq da taxsanız, lap gözəl görünərsiniz.

Həcmli boyunbağı - Ağ köynəyə ən çox yarışan aksessualardan biri həcmli və təmtəraqlı boyunbağılardır. Bu tərz boyunbağılar köynəyi daha zərif və gözəl göstərir. Bu cür boyunbağıların üstünlüyü ondadır ki, onu həm yaxası açıq, həm də yaxası bağlı şəkildə istifadə edə bilərsiniz.
Sviter və qalın köynəklərlə - Qat-qat stilə ən yaxşı nümunədir. Soyuq havalarda ağ köynəkləri yun köynək və sviterlərin altına geyinmək olar. Altına isə istədiyiniz şalvarı geyinə bilərsiniz.

Lasin və dar cinslə - Əgər ağ köynəyiniz uzundursa, dar cins və lasinlə geyinə bilərsiniz. Belinizin incələyini vurğulamaq istəsəniz, köynəyin üstündən kəmər taxa bilərsiniz.

Pencək kimi – Ağ köynəyi pencək kimi də istifadə edə bilərsiniz. Bunun üçün altdan tək rəng maykalar geyinmək daha məqsədəuyğundur. Köynəyin qollarını qatlayaraq daha zərif görünə bilərsiniz.

Paltarlarda – İpli, yaxud trapes donların altına ağ köynək geyinərək daha yaradıcı stilə imza ata bilərsiniz. Həm də dekolte hissəsini gizlətmiş olarsınız.

Bantlı - Pionerlər kimi ağ köynəyin üstünə qara bant, ya da zərif şal bağlayaraq daha fərqli stilə sahib ola bilərsiniz.

-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq






































.jpg)
