Qadın
"Nargis" jurnalı və Azərbaycan brendi Gürcüstanda - FOTOLAR
"NARGIS" jurnalı oxucu auditoriyasını genişlənmək məqsədilə fevralın 28-də Gürcüstanın paytaxtı Tbilisidə nəşrin təqdimatını keçirib.
Publika.Az buro247.az-a istinadən xəbər verir ki, yeni layihə həm gürcü, həm də Azərbaycanın ictimai və mədəniyyət xadimləri, dizaynerləri, o cümlədən siyasətçiləri barədə informasiyanı özünə daxil edən "Welcome to Georgia" əlavəsinin işıq üzü görməsinə həsr olunub.
Tbilisinin İ.Qrişaşvili adına "Karvasla" tarix muzeyində Azərbaycanın "Jan Atelier" geyim brendi və gürcü dizayneri Simon Moçabelinin kolleksiyalarının nümayişi keçirilib. "Jan Atelier" printlərin süjetinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmlərindən ibarət sayca ikinci "Cənnət" kolleksiyasını təqdim edib.
Tədbirdə ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, səfirliklərin təmsilçiləri, dizaynerlər, jurnalistlər və tanınmış bloqerlər iştirak ediblər. Onların arasında bloqerlər Tamuna Tsiklauri və Natuka Karkaşadze, Nino Eliava, müğənni Açiko Meparidze, Liza Baqrationi, dizaynerlər Avtandil Tskvitindze, Teona Qardafxadze, Anuka Keburiya, Anuki Abaşidze və digərləri olub.
Nümayişdən sonra qonaqlar "Funikulyor" restoran kompleksində təşkil olunan qala-şam yeməyi zamanı azərbaycanlı pianoçu İsfar Sarabskinin virtuoz ifasından, gənc muğam ifaçısı Atabəy İsmayılov və tanınmış gürcü müğənnisi Tamta Tskitavanın ifasını dinləyiblər.
Jurnalın təqdimatı gürcü mətbuatında müzakirə obyektinə çevrilib. Bütün xəbər resursları tədbir barədə, o cümlədən gürcü oxucusu üçün yaranan yeni imkanlar barədə danışırlar. Baş redaktor Ülviyyə Rəhmanova və direktor Könül Nağıyeva bir sıra gürcü televiziya verilişlərində çıxış edərək, jurnalın konsepsiyası, buraxılan əlavələr və gürcü mətbuat bazarı ilə gələcək əməkdaşlıq barədə danışıblar.
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər













.jpg)


.jpg)





















