ƏMR VERİLDİ: Xankəndi TƏCİLİ BOŞALDILIR - Bir neçə saatdan sonra...
Bizi izləyin

Qarabağ

ƏMR VERİLDİ: Xankəndi TƏCİLİ BOŞALDILIR - Bir neçə saatdan sonra...

Qondarma Dağlıq Qarabağın "paytaxtı" Xankəndi boşaldılır.

Publika.az xəbər verir ki, bu barədə fransız jurnalist Remi Orudan bildirib.

Onun sözlərinə görə, təxliyə 7 noyabrdan başlayıb. Səlahiyyətli şəxslər mülki əhaliyə şəhəri boşaltmaq əmri verib. Lakin bu, xaosla nəticələnib. Belə ki, hərbçilər də şəhərdən çıxmaq istəyib. Amma onların qarşısı alınıb: “Şənbə günü Xankəndini boşaltmaq və Dağlıq Qarabağın şimalına, ya da Ermənistana qaçmaq əmri verildi. Bir neçə saatdan sonra arxalarına baxmadan məğlub üzlərlə yola çıxdılar”.

Ermənistan rəsmi olaraq “paytaxt"ın tamamilə boşaldılması əmrini verdiklərini inkar edir. Dağlıq Qarabağ rejimi və Ermənistan xarici işlər nazirliyi İrəvandakı xarici səfirliklərə yalnız bəzi insanları - "tibbi təxliyə" çərçivəsində xəstəxanalardakı xəstələr, xarici jurnalistləri çıxardıqlarını deyirlər. Bunu isə təhlükəsizlik səbəbləri ilə izah edirlər. Lakin bu iddialar səhvdir. Xankəndidəki bir nazirlik rəsmisi "yüksək səlahiyyətlilərdən" "ümumi təxliyə əmri" aldığını təsdiqləyir.

Qəzet bildirib ki, bu əmrin verilməsi heç bir real prosesə əsaslanmır. Çünki Azərbaycan ordusu Xankəndiyə zərbələr endirmir.

Xatırladaq ki, ötən həftə Xankəndinin 70% boşaldıldığı açıqlanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm