Bu səfər milli ruhumuzu yüksəltdi - Musa Qasımlı
Bizi izləyin

Qarabağ

Bu səfər milli ruhumuzu yüksəltdi - Musa Qasımlı

“Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri böyük əhəmiyyət daşıyır”.

Publika.az xəbər verir ki, bunu deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu səfər göstərdi ki, Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərimizi yenidən quracaq, yaşayış yerlərindən didərgin düşmüş məcburi köçkünlərimizi yaxşı tikilmiş evlərlə təmin edəcək”.

M.Qasımlı vurğulayıb ki, dövlət başçımızın tarixi memarlıq abidəsi olan Xudafərinə getməsi, İran İslam Respublikası ilə olan sərhəddi “dost sərhəddi” adlandırması böyük məna kəsb edir: “Xudafərin təkcə tarixi-memarlıq abidəsi deyil, eyni zamanda birlik, əməkdaşlıq və əlaqələr rəmzidir. Bu səfər döyüşdə qazanılan zəfər qədər milli ruhumuzu yüksəltdi”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm