
"Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin üçtərəfli bəyanatının nəticəsinə əsasən nail olunmuş Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında razılaşmalara hazırda riayət edilir və Amerika tərəfi hadisələrin belə inkişafını alqışlayır".
Publika.az TASS-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman deyib.
“Deyə bilərəm ki, hazırda Azərbaycanla Ermənistan arasındakı sazişə bu mərhələdə əməl olunur”, - deyə C.Hoffman bildirib.