Qarabağ
Ermənilər Şuşanın su borusunu partlatdı
Xankəndidəki erməni separatçıları növbəti dəfə əsl simasını nümayiş etdirdilər. Ermənilərin təxribat qrupu Xankəndidən Şuşaya gedən sonuncu su kəmərini partlatdı.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a rusiyalı hərbi ekspert Oleq Kuznetsov Rusiya sülhməramlıları içindəki mənbələrinə istinadən xəbər verib.
Məlum olduğu kimi, dünən Rusiyada “Sülhməramlı günü” qeyd edilirdi. Bu tarixdən istifadə edən Xankəndinin qondarma “meriyası” Rusiya sülhməramlılarının şərəfinə tədbir təşkil edib. Xüsusilə, şəhərin “meri” Rusiyanın Sülhməramlı Qüvvələri komandanının müavini ilə ünsiyyətdə olub, ona dəyərli hədiyyələr də verib.
“Bundan sonra, təbii ki, Rusiya sülhməramlıları arxayınlaşıb, öz döyüş vəzifələrində lazımi sayıqlığı göstərməyib və bunun nəticəsində ermənilərin təxribat qrupu Xankəndidən Şuşaya aparan su kəmərini partladıb. Şəhər susuz qalıb. Bununla ermənilər Rusiya sülhməramlılarına böyük mənəvi zərbə vurdu”, - deyə Kuznetsov deyib.
Onun sözlərinə görə, bu, Rusiya sülhməramlıları üçün çox ciddi praktiki və mənəvi dərsdir:
“Onlar bundan sonra başa düşməlidilər ki, erməninin yanında rahatlanmaq olmaz. Onlar düşünməməlidirlər ki, ermənilər onların dostlarıdır, guya onlar erməniləri azərbaycanlılardan müdafiə edirlər.
Sülhməramlılar nəzarət etdikləri ərazidə sülhü və əmin-amanlığı dəstəkləyirlər. Bu sülh və qanun-qaydanı, ilk növbədə, azərbaycanlılar deyil, ermənilər pozacaq, ötən gecə olduğu kimi. Rusiya sülhməramlılarının arxayınlaşmasından istifadə edəcək ermənilər Azərbaycanın Qarabağ regionunun azad edilmiş ərazilərinə maksimum iqtisadi ziyan vurmaq niyyətindədirlər. Onlar bunu yalnız ona görə edə biliblər ki, Rusiya sülhməramlıları ermənilərin nizam-intizamına inanıblar. Ermənilərin hiylələrinə qarşı döyüş hazırlığının səviyyəsini aşağı salaraq, sülhməramlı missiyanın protokolunun tələblərini yüz faiz yerinə yetirməkdən imtina edərək, öz peşə bayramlarını qeyd etmək qərarına gəliblər. Düşünürəm ki, Rusiyanın siyasi rəhbərliyi müvafiq nəticələr çıxarmalıdır. Düşünürəm ki, bu, yalnız sülhməramlı missiyanın miqyasındakı ciddi insident deyil, həm də Rusiya Sülhməramlıları Komandanlığının tabeliyində olanların fəaliyyətinə düzəlişi üçün ciddi əsasdır”, - deyə ekspert qeyd edib.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi