Bununla Cənubi Qafqazda yeni mərhələnin əsası qoyulacaq - ŞƏRH
Bizi izləyin

Qarabağ

Bununla Cənubi Qafqazda yeni mərhələnin əsası qoyulacaq - ŞƏRH

“Hər şeydən öncə Laçın Azərbaycanın tarixi torpağıdır. Laçının işğaldan azad olunması ilə Azərbaycan dövlət sərhədlərinə tam olaraq nəzarəti ələ aldı. Strateji baxımdan, həm də mənəvi-psixoloji cəhətdən ən böyük əhəmiyyət kəsb edən məqam da bundan ibarətdir”.

Bu sözləri Publika.az-a danışan millət vəkili Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdən dövlət sərhədlərinə nəzarəti itirib və müstəqilliyin bütün dövründə ərazimizin 20 faizi təcavüzkar Ermənistanın işğalı altında olub: “Nəhayət, müstəqillik tariximizdə ilk dəfə olaraq dövlət sərhədlərimizə tam nəzarəti ələ aldıq. Laçının işğaldan azad olunması ilə bu proses yekunlaşdı. Digər vacib məqam da odur ki, Laçının azad olunması ilə münaqişə sona çatdı. Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq Qarabağ münaqişəsi ifadəsinin işlədilməsinə ehtiyac yoxdur. Uzun illərdən bəri Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid olaraq qalan Ermənistan-Azərbaycan münaqişəsi sona çatıb. Bundan sonra Cənubi Qafqazda yeni mərhələnin əsası qoyulacaq”.

Deputat qeyd edib ki, həm yeni geosiyasi reallıqların yaranması, həm də regionun iqtisadi inkişafının yeni temp kəsb etməsi baxımından növbəti mərhələ başlayır: “Cənubi Qafqazda həyata keçirilən bütün strateji layihələr Azərbaycanın birbaşa təşəbbüsü və iştirakı ilə baş tuturdu. Ölkəmiz ərazi bütövlüyünü bərpa etdikdən sonra daha böyük resurslarla regional iqtisadiyyatın inkişafına töhfə verəcək. Regionda əsası bir neçə il öncə qoyulan Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq platformasının inkişaf etdirilməsi üçün yeni imkanlar yaranmış olacaq. Laçının işğaldan azad olunması Azərbaycan tarixinin yeni səhifəsinin başlanğıcıdır. Bu tarix ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonrakı mərhələni əhatə edəcək ki, dövlətimiz xaraktercə, resursların həcminə görə fərqli bir dövlət olaraq həm beynəlxalq və regional dövlətlər sistemində, həm də əməkdaşlıq sistemində iştirak edəcək. Bu baxımdan Cənubi Qafqazdakı reallıqlar bütövlükdə dünyanın siyasi və iqtisadi mənzərəsinə təsir göstərəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm