Qarabağ
Azərbaycan əsgəri Xankəndidən sonra Əsgəranda: sərbəst gəzir, alver edirlər...
Azərbaycan əsgəri Əsgəranın mərkəzində sərbəst hərəkət edir.
Publika.az xəbər verir ki, bu barədə Əsgəran “icmasının rəhbəri” Hayk Şmiryan deyib.
Onun sözlərinə görə, Azərbaycan əsgərləri Əsgəran mərkəzindən bir kilometr kənardadır: “Onlar mərkəzdə mağazalara gəlir, sərbəst şəkildə alver edir”.
Qeyd edək ki, Əsgəran Xocalının qəsəbəsidir. Ermənilər Əsgərana şəhər desələr də, Azərbaycanın inzibati ərazi bölgüsündə bu adda şəhər yoxdur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində Əsgəran rayonu mövcud olub, lakin bu rayon 1991-ci ilin 26 noyabrında ləğv edilərək, Xocalı rayonunun tərkibinə verilib.
Bundan əvvəl ermənilər Azərbaycan əsgərinin Xankəndidə sərbəst gəzdiyi, mağazalardan alver etdiyi haqda məlumatlar yaymışdı.
Ermənilər bunu təəccüblə dilə gətirsələr də, burada qeyri-adi heç nə yoxdur. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və adıçəkilən ərazilərdə ermənilər yaşasa da, Azərbaycana məxsusdur.
Asif
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









.jpg)




.jpg)

























