Qarabağ
Rus sülhməramlıları üçün Qarabağda daha 5 şəhərcik salınacaq
Qarabağda rus sülhməramlıları üçün daha 5 blok-modul şəhərciyi tikiləcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda ümumi tutumu 540 nəfərdən çox olan daha 5 şəhərciyin inşası üçün ərazilərin hazırlığı davam edir.

“Müşahidə məntəqələrində xidmətin təşkilini təmin etmək, gündəlik ehtiyacları ödəmək, sülhməramlı hissələrin şəxsi heyətinin bədən tərbiyəsi və istirahəti üçün rahat, müasir yaşayış şəraiti yaradılır” – açıqlamada deyilir.
Blok modullu kampuslar həm aşağı temperaturlu bölgələrdə, həm də isti iqlimi olan yerlərdə istifadə edilə bilər.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin maddi-texniki mütəxəssisləri sülhməramlı kontingentin 400-ə yaxın hərbi qulluqçusunun yerləşdirildiyi Qızqala (Getavan) və Qarakənd qəsəbələrində 3 blok-modul şəhərciyi inşa edib.
Xatırladaq ki, atəşkəs və döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbi qulluqçu, 90 zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika miqdarında yerləşdirilib.
Zümrüd
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









.jpg)































