Deputatdan ermənilərə TƏRS ŞİLLƏ
Bizi izləyin

Qarabağ

Deputatdan ermənilərə TƏRS ŞİLLƏ

“Əlbəttə ki, ermənilər Hərbi Qənimətlər Parkının açılışına sevinməyəcək, razı olmayacaqlar. Bunun əksini onlardan gözləmək sadəlöhvlük olardı, ermənilərin evi yıxılıb. Onların anası ağlayıb. Əlbəttə ki, ermənilər Hərbi Qənimətlər Parkının açılışına narazılıq edəcək. Min cür söz-söhbət yaradacaqlar. Bütün dünyada bu cür parkların örnəkləri var və onların qıcıqlanması da əbəsdir. Hətta təkcə ermənilər yox, onların 44 günlük müharibədə bu cür biabırçı şəkildə məğlub olması onların havadarlarını da incidir. Çünki təkcə ermənilər yox, onların havadarları da uduzub. Düşmən buna dözməyəcək. Onların ürəyi partlayacaq. Narazılıq da edəcək. Amma biz uğurlarımızla qürur duyuruq və onu bütün dünyaya nümayiş etdiririk”.

Bunu Publika.az-a açıqlamasında deputat Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, uzun illər erməniləri silah-sursatla təmin edənlər, onların arxasında dayananlar da bu savaşda ermənilərlə birgə məğlub oldular:

“Təkcə ermənilər məğlub olsaydı, bəlkə də bunu həzm edə bilərdilər. Tarixən bizim torpaqlarımızı ermənilər öz gücləri hesabına işğal etməyiblər. Tarixən torpaqlarımız işğal edilərək ermənilərə verilib. 30 il əvvəlki işğal da erməninin gücü deyildi. Onlar həmişə bir alət, maşa kimi istifadə olunub. Burada daha böyük güclər fəaliyyət göstərib. 28 il ərzində torpaqlarımızın işğal altında qalmasının tək səbəbkarı da ermənilər deyildi. Cənab Prezident də bu məsələləri çox gözəl qeyd elədi. Uzun illər həmsədr dövlətlər bizim başımızın altına bir sülh yastığı qoyublar. Bunlar məqsədli şəkildə bu işləri görürdülər. Biz səmimi millətik, həmişə səmimiyyətə inanırıq. Əvvəllər elə bilirdik ki, bunlar həqiqətən də belə səmimi danışırlar. Məsələyə də səmimi yanaşdıqlarına inanırdıq”.

Deputatın fikrincə, sonradan məlum oldu ki, bunlar məsələni dondurulmuş vəziyyətdə saxlamaq, işğal prosesini uzatmaq istəyirlər:

“Ona görə də Hərbi Qənimətlər Parkının açılışından hamısı narazı qalır. Dekabr ayında keçirdiyimiz Zəfər Paradına görə də müəyyən qüvvələr bizə qarşı çıxdı. Narazılıq etdi ki, buna ehtiyac yox idi. Ehtiyac var idi, çünki biz böyük qələbə qazanmışdıq. Bu Hərbi Qənimətlər Parkına da çox ciddi ehtiyac var idi. Biz bu savaşda şəhidlər verdik, qazilərimiz oldu. Bu park onların təskinlik yeridir. Elə bil ki, həmin yaralara bu cür işlərlə məlhəm qoyulur. İnsanlarımız gedib o parka baxanda Azərbaycan əsgərinin gücünü görəcəklər. Bizim qələbənin möhtəşəmliyi o görüntülərdə öz əksini tapacaq. 522 hərbi yük maşınının nömrələrindən ibarət lövh var. O stendlərdə məhv edilmiş erməni tanklarının sayı əks olunub. Uzun illər acından ölən millətin 7 ədəd S-300 raket kompleksini məhv etdik. Bunların dəyəri həddindən artıq çoxdur. Nə qədər zenit raket qurğuları məhv edilib. Bunların hamısı böyük pullardır. 5 milyard dollardan artıq pul edir. Yəni, 5 milyard dollar kimi bir məbləği iqtisadi cəhətdən zəif olan bir ölkə necə xərcləyə bilərdi?! Deməli, bunların hamısı ermənilərə hədiyyə edilib”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm