Qarabağ
Azərbaycan hər zaman öz humanizmini göstərib - Deputat
Humanizm Azərbaycan xalqını digərlərindən fərqləndirən xüsusiyyətdir.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, Ermənistan hər zaman müharibələrdə hədəf kimi uşaqları, qadınları, mülki əhalini seçib:
“Ermənilər minaları vaxtilə işğal altında saxladıqları ərazilərə səpələyərək jurnalistləri, mülki əhalini hədəf kimi seçirlər. Bu fərqi dünya görməlidir. Ermənilər həmişə mülki əhaliyə divan tutublar. Mən Xocalı soyqırımı ilə yanaşı, İkinci Qarabağ savaşında Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri soyqırımıları dilə gətirmək istəyirəm. Mülki insanları hədəf alaraq onlara raket zərbələri endiriblər. Onlar müharibəni məhz mülki əhali ilə aparırlar.
Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə onların silahlı qüvvələrini darmadağın edərək bu imkanlarını azaldıb. Mina problemini də həll edəcəyik. Çünki Azərbaycan dövləti və xalqı buna qadirdir. Sadəcə olaraq, mən istərdim ki, bütün dünya ermənilərin müharibə aparmaq üsullarını görsün. Onların müharibəni sivillərlə - uşaqlar, qadınlar, qocalarla aparmaları göz qarşısındadır. Azərbaycan isə hər zaman öz humanizmini göstərib və göstərəcək”.
Tural Turan
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib










.jpg)

.jpg)

























