Paşinyan 90 nəfərlik maskalı qrupunu Xankəndiyə göndərdi
Bizi izləyin

Qarabağ

Paşinyan 90 nəfərlik maskalı qrupunu Xankəndiyə göndərdi

Xankəndidə separatçı rejimin daxilində çaxnaşma davam edir.

Publika.az
xəbər verir ki, separatçıların başçısı Araik Arutyunyan onun istefasını tələb edən ermənilərə cavab mitinqi keçirdi və getməyəcəyini elan etdi.

Ermənistan mediası Nikol Paşinyanın 80-90 nəfərlik xüsusi qrupunu Arutyunyana dəstək məqsədilə Xankəndiyə göndərdiyini yazır.

Maskalı insanlardan ibarət olan bu qrup Paşinyanın mitinqləri zamanı əsas hərəkətverici qüvvə qismində çıxış edirlər. Məlumatlara görə, xüsusi qrup Xankəndidə Arutyunyanın mitinqlərini təşkil edəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm