Savaşın 14-cü günü: düşmən DARMADAĞIN EDİLDİ, Xocalıda...
Bizi izləyin

Qarabağ

Savaşın 14-cü günü: düşmən DARMADAĞIN EDİLDİ, Xocalıda...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

10 oktyabr 2020-ci il. Müharibənin 14-cü günü...

Saat - 00:00 - Prezident İlham Əliyevin "Sky News" telekanalına müsahibəsi yayımlandı

Saat - 03:48 - Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü BAŞA ÇATDI

Ötən ilin bu günü Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başa çatdı. Görüş 10 saatdan çox davam etdi. Bu, son 20 ildə Qarabağa dair ən uzunmüddətli danışıqlar oldu.

Saat - 04:00 - Moskva danışığı atəşkəslə bitdi

2020-ci il 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin bəyanatı qəbul edildi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılığa əsasən, aşağıdakı addımların atılması razılaşdırıldı:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Saat - 09:13 - Səhərə kimi gərgin döyüşlər getdi

2020-ci il oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam etdi, düşmənə atəş zərbələri endirildi. Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd zenit qurğusu, 2 radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edildi.

Saat - 09:43 - Ermənilərin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası MƏHV EDİLDİ

Saat - 10:09 - Düşmən bu rayonlarımızı intensiv atəşə tutdu

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoydu.

Saat - 10:27 - Düşmənin zirehli tank bölməsi darmadağın edildi

Saat - 11:31 - Xocalıdakı radiolokasiya stansiyası məhv edildi

Ötən ilin bu günü düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası məhv edildi. Bu barədə Müdafiə Nazirliyindən məlumat verildi.

Saat - 11:35 - Qubadlıda "S-300" idarəetmə sistemi məhv edildi

Saat - 12:06 - İlham Əliyev RBK kanalına müsahibə verdi

Saat - 12:34 - Ermənilər Tərtəri və Ağdamı atəşə tutdu

Saat - 12:53 - Mülki əhali arasında yaralananların sayı 171-ə çatdı

Saat - 13:20 - Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozuldu

Ötən il saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərdi.

Saat - 13:28 - Ceyhun Bayramov Moskva görüşündən danışdı

"Bizə beynəlxalq təşkilatlardan humanitar atəşkəslə bağlı müraciət daxil olurdu. Humanitar atəşkəsin məqsədi həlak olanların meyitlərinin meydandan götürülməsi, əsirlərin dəyişdirilməsi və s.-dir ki, burada da koordinasiya Qızıl Xaç Cəmiyyətinin üzərinə qoyulub. Hələ ki, bu proses başlamayıb. Bu gün saat 12:00-dan atəşkəs olmalı idi, ancaq Ermənistan təxribatını davam etdirdi. Ordumuz əlbəttə, onların cavabını verdi" - bu sözləri XİN başçısı Ceyhun Bayramov ötən ilin bu günü Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqda danışarkən bildirdi.

Saat - 16:14 - Ceyhun Bayramov Hikmət Hacıyevlə brifinq keçirdi

Ötən ilin bu günü Xarici İşlər naziri Ceyhun Bayramovla Prezidentin köməkçisi Hikmət Hacıyev brifinq keçirdi.

Saat - 18:43 - Düşmənin növbəti ağır artilleriyası məhv edildi

Saat - 18:51 - Ermənilər Füzuli və Goranboya raket atdı

Saat - 19:08 - Düşmənin hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri məhv edildi

Saat - 19:17 - Ermənistan Mingəçevirə ballistik raket atdı

Ötən ilin bu günü Ermənistan öz ərazisindən Mingəçevir şəhərinə NATO kod adlı "SCUD" ballistik raketini buraxdı. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirdi. "Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır", - PA rəsmisi qeyd etdi.

Saat - 19:44 - Hadrut və Cəbrayıla hücum edən ermənilər darmadağın edildi

Ötən ilin bu günü düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərdi. Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edildi. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın etdi. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edildi.

Saat - 20:31 - Düşmənin artilleriya batareyası məhv edildi

Saat - 21:31 - Ermənistan daha bir mülki şəxsi qətlə yetirdi

Ötən ilin bu günü saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutuldu, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak oldu.

Saat - 21:35 - Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edildi.

Saat - 23:11 - Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinə zəng etdi

Ötən ilin bu günü Rusiya Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan ilə telefon danışığı baş tutdu.

Saat - 23:29 - Ermənistan Tərtəri atəşə tutdu

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri 2020-ci il oktyabrın 10-u saat 22.30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm