Solumuzdakı tabor bizə hücum edən erməniləri biçdi – Qazinin döyüş xatirələri (FOTO)
Bizi izləyin

Qarabağ

Solumuzdakı tabor bizə hücum edən erməniləri biçdi – Qazinin döyüş xatirələri (FOTO)

“Ötәn ilin bu günlәri Xocavәnd uğrunda gedәn döyüşlәrdә idik. Bu günә qәdәr düzәnlik relyefi idisә, artıq dağ-dәrә yollar idi. Hәr şey ikiqat çәtinlәşmişdi. Fiziki yorğunluq, havanın daha da soyuması vә yağışlı günlәr”.

Bunu Publika.az-a açıqlamasında Vətən müharibəsi qazisi Əli Əhmədli deyib. Onun sözlərinə görə, Xocavәndin әsrarәngiz tәbiәti var:

“Meşә, bulaq, mal-qara, sadә kәnd evlәri... Qırmızı bazar önündә ağır döyüşlәr gedirdi. Dağ döyüşlәri tank-top üçün çox әlverişlidir. Dağın o tәrәfindәn bu tәrәfi vurursan. Şuşa işğaldan azad olunan günә qәdәr biz bu istiqamәtdә döyüşdük. Hәr gün su, tәminat vә evlә danışmaq üçün dağ yolu ilә bir neçә kilometr geriyә qayıdırdıq. Bir dәfә Pәrvin adlı əsgər yoldaşımız telefonla danışıb yanımıza gәldi, bir neçә saniyә keçdi ki, onun durduğu nöqtәni vurdular. Düşünürsünüz? Evlә, ailə üzvləri ilə bir az da çox danışsa idi, artıq şәhid idi. Gecәnin birindә əsgər yoldaşım Teymurla posta çıxmışdıq. Dumandan bir-birimizi görmürdük. Post növbətçiliyimizin bitmәsinә az qalmış yağış başladı. Postu tәhvil verdik, gәlib sәngәrә girdik. Bir də gördük ki, səngər su ilә doldu. Daha bir xatirə yadıma düşür: gecәnin bir alәmindә digәr taborun uşaqları gәldi ki, qardaş, şәhidimiz var, götürmәyә adamımız yoxdur, kömәk edә bilәrsiniz? Düşünürsünüz, bir taborun uşaqları o qәdәr yaralı vә ya şәhiddir ki, daşımağa adamları yoxdur. Əsgər yoldaşım Kәnanla onlara yardıma getdik”.

Qazimiz qeyd edib ki, 21 oktyabrda iki döyüş yoldaşını - Dmitri vә Elsevәri itirib:

“Mayor Azayev şәhid olduğundan bizә yeni komandir göndәrmişdilәr. Şәxsi heyәti bir araya toplayıb, şәhid vә yaralıların siyahısını çıxarmaq lazım idi. Yağış yağırdı. Uşaqlar yarımtikililәrin üzәrini bağlayıb içәrisindә mövqelәnmәk istәyirdi. Bu hәrәkәtliliyi ermәni artilleriyası görmüşdü. Duman onların üzәrinә gәlәn zaman bizi atәşә basdılar. Artilleriya taktikasıdır. Әks tәrәf atәşin haradan olduğunu görә bilmәdiyindәn koordinat çıxara bilmir. Çox böyük qüvvәylә bizi artilleriya ilә vurmağa başladılar. Arxadakı bütün yarımtikililәri vurdular. Yaralı vә şәhid çoxalırdı. Bu an onların motoatıcı taboru da әks-hücuma keçmişdi. Uşaqlar hasara tәrәf qaçdılar ki, atәş açıb ermәnilәrin qarşısını alsınlar. Bu zaman düz hasarın dibini artilleriya vurdu. Kәnan qaça-qaça üstümә gәldi. Dedi ki, “dәdә, Dmitri şәhid oldu". Qayıtdım ki, “dayan görüm, nә Dmitri, sәn nә gündәsәn, otur aşağı”. Kәnanın başı qan içindә idi, başının bir hissәsi qopmuşdu, qandan başının bir hissәsinin әyriliyi seçilirdi. Tez bintini ver görüm bura – dedim. Hәr yerә mәrmi düşür. Sağa-sola, hәr tәrәfә. Oturub Kәnanın başını sarıdım. Kaskanı möhkәm sıxdım ki, qanı çox axmasın. Otuzdurdum ki, sәbirli ol, ara sakitlәşsin, “sanitarkaya” çatdıraq sәni. Dmitri tәrәfә baxdım, yerindәcә şәhid olmuşdu. Ağrı-acısız, can çәkmәdәn”.

Əli Əhmədli söyləyib ki, elə bu zaman bir az ön tərəfdə olan minaatan batareyanı da ermənilər vurublar:

“Uşaqlar bizim yanımıza çәkildilәr. Yaralılar sürәtlә artırdı. Leytenant Rüstәm hәkim bacardığı qәdәr yaralıların yanına qaçır, dәrman-bint işlәri görürdü, yaralarını sarıyırdı. Bu zaman dayandığımız nöqtәni də vurdular. Hәr yer qaraldı. Bir dәnә o yadımdadır ki, yanımdakı əsgər yoldaşıma “Cavidan, sağsan?” dedim. O da söylədi ki, yaxşıdır. Dedim, dur mövqeni dәyişәk. Qaçdıq, sağ tәrәfdә bir yer var idi, orada dayandıq. Әlimizdәn heç nә gәlmirdi, artilleriya atışının susmağını gözlәyirdik. Birdәn dayandığımız nöqtәni dә vurdular. Hәr yer toz-dumana döndü. Cavidanla qalxdıq daha tәhlükәsiz yerdə mövqe tutmağa. Bir tank sәngәrinә çatdıq. Tәminat bizә çatdıra bilmәyib hәr şeyi bu sәngәrә boşaltmışdı ki, uşaqlar gәlib götürәr. Neçә gündü ac olan uşaqların stressdәn yemәk yeməyə də taqətləri yox idi. Hava asta-asta qaralırdı. Artilleriya atәşi sәngiyirdi. İkinci tank sәngәrinә keçәndә uşaqları gördük. Cәmlәşdik bir yerә. 1 tabor adamdan cәmi 14 nәfәr... Qalan hәr kәs ya yaralı, ya şәhid… Qalanları da yaralı daşımağa kömәk etmәyә getmişdi. Başqa taborun uşaqları gәlmişdi ki, bir nәfәr kömәk etsin güllә aparaq. Kәnan da onlarla getdi. Sonra əsgər yoldaşım Kәnan gәlib dedi ki, bizә hücum edәn ermәnilәrin çoxunu solumuzda olan taborumuz biçib. Ona görә də üstümüzə çox gәlә bilmәyiblәr”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm