Zəngilanda ermənilərdən qalan külli miqdarda silah-sursat aşkarlandı - FOTO
Bizi izləyin

Qarabağ

Zəngilanda ermənilərdən qalan külli miqdarda silah-sursat aşkarlandı - FOTO

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində meşəlik ərazidə düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkar ediblər.

Polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 89 qumbara və alışdırıcıları, 42 qumbaraatan mərmisi, 11 Qrad mərmisi, 16 daraq, 10 mindən artıq müxtəlif çaplı güllələr və digər döyüş sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm