Qarabağ
Xankəndi və Əsgəran ordumuzun “ovucunun içinə” düşür - DETALLAR
Laçın dəhlizinin marşrutunun dəyişməsi, Laçın şəhəri, Zabux və Sus kəndinin Azərbaycana təhvil verilməsindən sonra separatçı-terrorçuların qaldığı bölgədə vəziyyət necə olacaq?
Publika.az xəbər verir ki, ermənilər bu sual ətrafında müzakirə aparır.
“Hraparak” nəşri mövcud Laçın dəhlizinin ləğvindən sonra separatçı-terrorçular üçün yaranacaq “təhlükələri” araşdırıb.
“İyun ayı ərzində erməni cəmiyyətində böyük təlatümlər yaşandı, hamı Laçını “xilas edirdi”. 1 iyul gəlib keçdi, “xilasedicilərin” ajiotajı da getdi. Lakin reallıq budur ki, Laçın, Zabux və Ermənistanı Qarabağa birləşdirən yeganə yolun təhvil verilməsi prosesi indi də davam edir. Alternativ yolun tikintisi həyata keçirilir, üstəlik həmin yolun Ermənistan hissəsinin tikintisi üçün tender elan olunub. Məsələ təkcə Laçın şəhəri, Zabux və Sus kəndinin təhvil verilməsi ilə məhdudlaşmır”, - məqalədə deyilir.
Nəşr yazır ki, mövcud dəhlizin keçdiyi ərazilər Azərbaycana təhvil verildikdən sonra Bakı srateji əhəmiyyətli yüksəkliklərə də nəzarəti bərpa edəcək: “Şuşa-Xankəndi yolunun Şuşa döngəsi adlanan mühüm strateji yüksəkliyi yəqin çoxları görüb. Oradan bütün Xankəndini, o cümlədən, Əsgəranı və digər əraziləri ovucun içi kimi görmək mümkündür. Bu yüksəklik Xankəndinin kənarında yerləşir, Xankəndi və ətraf ərazilərə nəzarət baxımından dominant mövqeyə malikdir. Bu, Bakının tam nəzarətinə keçdikdən sonra Xankəndi və ətraf ərazilər Azərbaycan ordusunun birbaşa hədəfinə çevriləcək. Bundan sonra Xankəndi və onun ətrafında yaşamaq daha da çətinləşəcək”.
Asif
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









.jpg)




.jpg)

























