Qarabağ
“HEÇ KƏS YADDAN ÇIXMIR” - Prezidentin müharibə əlillərinə növbəti dəstəyi - VİDEO
“Biz Qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq”.
Prezident İlham Əliyevin bu sözləri şəhidlərə, onların yadigarı olan ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlətin ən yüksək səviyyədə verdiyi dəyərdir.
44 günlük Vətən müharibəsindən sonra müharibə əlillərinə, şəhid ailələrinə və müharibə iştirakçılarına dövlətin göstərdiyi diqqət və qayğının miqaysının daha da genişləndiyi ortadadır.
- Şəxsi məşğulluq və işlə təmin edilməsi;
- Şəxsi biznesin qurulmasına dəstək;
- Birdəfəlik və aylıq sosial ödənişlərin edilməsi;
- Sosial-psixoloji dəstək və reabilitasiya xidmətinin göstərilməsi;
- Mənzil və fərdi evlə təmin edilməsi;
- Avtomobillərin verilməsi və s;
Dövlət bu istiqamətlər üzrə lazım olan bütün addımları atır. Ən mühüm məqam “Heç kəsin yaddan çıxmaması”, qayğı və diqqətin təkcə Vətən müharibəsi iştirakçılarını yox, həm də I Qarabağ müharibəsi iştitakçılarını da əhatə etməsidir.

Birinci Qarabağ müharibəsində torpaqları işğal edilən Azərbaycan İkinci Qarabağ müharibəsində bu işğala son qoydu. Lakin şəhid ailəsinin, qazi və müharibə iştirakçılarının hansı müharibəyə aid olmasının heç bir fərqi yoxdur, çünki onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını və sağlamlıqlarını qurban veriblər.
Prezidentin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli 271 №li Qərarı da bunun növbəti nümunələrindən biridir.
Qərara əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə 4 400 manat təşkil edir.
Bu qərar bir daha təsdiq edir ki, “heç kəs yaddan çıxmır”, Vətən müharibəsindı şəhid olanların ailələri və qazilərlə yanaşı, I Qarabağ müharibəsinin əlilləri də dövlətin qayğısı ilə əhatə olunub.
Bu, qayğı və diqqət birbaşa Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilir.
Azərbaycan Prezidenti və birinci xanımı daim şəhid ailələri və qazilərlə görüşlər keçirir, onlara dövlətin diqqət mərkəzində olduqlarını hiss etdirirlər. Mənzillərin, sosial ödənişlərin verilməsi və bu kimi digər təminat növləri ilə yanaşı, mənəvi dəstəyin göstərilməsi də bu qayğının əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu addımlarla həm cəmiyyətə, həm də dövlət strukturlarında çalışan məmurlara örnək yaradırlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlillərindən danışarkən, “dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir” sözləri ilə dövlət siyasətinin istiqamətini də elan etmiş oldu.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


