Qarabağ
Paşinyanın Xankəndinə zəngi – Araik fikrini niyə dəyişdi? - Video

10:49
Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndindəki separatçı-terrorçu rejimin “başçısı” Araik Arutyunyandan fikirlərini dəyişməsini tələb edib.
Publika.az xəbər verir ki, bu barədə “Fakt” nəşri yazıb.
Nəşrin məlumatına görə, sentyabrın 14-də Paşinyan Azərbaycanla sənəd imzalanacağını deyəndən sonra Baqramyan prospektində etirazlar başlandı: “Daha sonra Paşinyan “inkar” etməyə çalışdı, lakin həmin vaxt Araik Arutyunyan Ermənistan hakimiyyətinin əleyhinə olan bəyanat verdi. Bu bəyanatdan iki saat sonra Arutyunyan fərqli bəyanat yayaraq, Paşinyanın mövqeyini müdafiə etdi. Buna səbəb birinci bəyanatdan sonra Paşinyanın Arutyunyana zəng etməsi olub”.
Nəşr yazır ki, Paşinyan dərhal Arutyunyana zəng edərək, fikirlərini dəyişdirməsini tələb edib.
“Məlumatlara görə, o, Arutyunyanın üstünə qışqırıb, tələbini kifayət qədər sərt formada irəli sürüb. Ardınca Arutyunyan əvvəlki fikrini təkzib edən bəyanatla çıxış edib”, - erməni nəşri qeyd edir.
Asif

-
Magazin203:13
Edis azərbaycanlı xanım reperə dəstək oldu - FOTO
-
Region02:42
Ərdoğan "Cumhur İttifaqı" liderlərini qəbul etdi - FOTO
-
Sosial02:30
"Çoxdan arzulayırdım ki, sizi qucaqlayıb öpüm" - Prezidentə sevginin VİDEOSU
-
Sosial01:30
Azərbaycanda Ərdoğanın qələbəsi təntənə ilə qeyd olundu - FOTO/VİDEO/YENİLƏNDİ
-
Region00:56
Ərdoğandan QƏLƏBƏ TVİTİ: "Türkiyə əsri başladı"
-
Qoroskop00:20
Günün ULDUZ FALI: emosional durumunuz pisləşə bilər
-
Region00:11
Ərdoğanın qələbəsi Bakıda atəşfəşanlıqla qeyd olundu - VİDEO
-
İdman28 May 23:29
Ramil Şeydayev "Qarabağ"dan gedir? - QURBAN QURBANOV AÇIQLADI