Qarabağ
"Yol açılan kimi Xankəndidən köçəcəyik" - Qarabağlı erməni

Qarabağın dağlıq hissəsində yaşayan bəzi mülki ermənilər Azərbaycana məxsus ərazilərdən çıxıb getmək istəsələr də, Arayik Arutyunyan, Ruben Vardanyan, Vitali Balasanyan, David Babayan kimi separatçı-terrorçuların qorxusundan hələ ki bu addımı ata bilmirlər.
Publika.az “Hraparak”a istinadən xəbər verir ki, Xankəndi-Laçın yolunun bağlanmasından sonra Qarabağı tərk etmək istəyən ermənilərin sayı xeyli çoxalıb.
“Bu vəziyyətdən bezmiş və ilk fürsətdə “Artsax”ı tərk edəcəklərini söyləyənlər var. Çünki “Artsax”da gələcək qeyri-müəyyən və təhlükəlidir”,- “Hraparak” yazıb.
44 günlük müharibədən sonra iki uşağı ilə Xankəndiyə köçən hadrutlu qadın Anahit Xaçatryan “Hraparak”a deyib ki, o, Qarabağda qalmaq istəmir, yol açılsa belə, burada yaşamaq çox təhlükəlidir.
“Yol açılan kimi biz dərhal İrəvana gedəcəyik. Hər dəqiqə yol yenidən bağlana bilər. Açılıb-bağlanacaq, açılıb-bağlanacaq, beş dəfə açılıb-bağlanacaq və “Artsax”da heç kim qalmayacaq. Yol açılan kimi mən iki uşağımla birlikdə kirayə yaşamaq üçün İrəvana gedəcəyəm”, - Anahit Xaçatryan deyib.
Onun sözlərinə görə, hazırda Qarabağda insanlar ərzaq və dərman çatışmazlığından narahatdırlar..
“Məsələn, kartof yoxdur, kartof böhranı var, hətta apteklərdə sadə ürək dərmanı belə yoxdur. Uşaqlar məktəbə getmir, bunun nə demək olduğunu başa düşürsüz...”.

-
Magazin118:48
Samirəni "Altın Kelebek"ə Anar Ağakişiyev BƏZƏDİ - VİDEO
-
Magazin118:12
Nurlan Əzizbəyli "ulduz"lardan danışdı: "Qiymətlər dodaq uçuqladır..." - FOTO
-
Sağlamlıq17:33
HİV epidemiyası Avropada sürətlə böyüyür
-
Sağlamlıq17:26
Bu meyvə şişkinliyi azaldır, həm də...
-
İdman17:15
Dizayner Messinin şərəfinə elə bir ayaqqabı hazırladı ki… - FOTO
-
Magazin117:05
Xalq artistindən toyda oriental ŞOU - VİDEO
-
Magazin216:53
Kıvanç Tatlıtuğ onun toyunda mahnı oxudu - VİDEO
-
Nəqliyyat16:49
Bakı metrosundan istifadə edənlərə xoş XƏBƏR - VİDEO