Qarabağ
Papadan Bakıya qarşı təxribat planına dəstək istədilər - Vatikanda nələr danışılıb?
Erməni katolikos I Aram Vatikanda Papa Fransisk ilə görüşüb.
Publika.az xəbər verir ki, erməni katolikos Papadan Azərbaycana qarşı təxribat planında iştirak etməyi xahiş edib.
I Aram bildirib ki, Qarabağdan çıxan ermənilər geri qayıtmalıdır. O, Papanın bu məsələdə ermənilərə kömək etməsini istəyib. Aram qeyd edib ki, ermənilərin qayıtması üçün beynəlxalq zəmanət formalaşdırılmalıdır.
Ermənilərin istədiyi “beynəlxalq zəmanət” məsələsi Qarabağda “erməni subyektinin” yaradılması planının tərkib hissəsidir. Azərbaycan Qarabağda yaşamaq istəyən ermənilərə vətəndaşlıq verməyə hazırdır, ermənilər isə prosesə üçüncü qüvvələri qoşmaqla Qarabağda “öz müqəddəratını təyin etmə” məsələsinə nail olmaq istəyirlər. Bu planın praktiki olaraq baş tutması mümkün deyil, lakin erməni din xadimlərinin bu məsələni daim gündəmdə saxlaması təhlükəli tendensiyadır. I Aramın Papadan etdiyi xahiş də, əslində Azərbaycana qarşı təxribat planının Vatikan tərəfindən dəstəklənməsi istəyidir.
I Aram Papadan Bakıda həbsdə olan separatçıların azad edilməsinə də kömək etməsini istəyib.
Asif
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama













.jpg)






















