Qarabağ
Cəbrayılda növbəti Şəhər Günü keçirilir - FOTO
Oktyabrın 4-ü Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı – Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gündür.
Publika.az xəbər verir ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.
Artıq üçüncü ildir ki, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Cəbrayıl şəhərində silsilə bayram tədbirləri keçirilir.
Builki Şəhər Günündə ilk olaraq uşaqlar üçün tamaşa nümayiş etdirilib.
Şəhərdəki Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin zalında təqdim olunan tamaşanı doğma yurda qayıtmış uşaqlar və valideynlər izləyiblər.
Müstəqil “Səyyar kukla teatrı”nın “Doğma yer – Vətən” adlı interaktiv kukla tamaşasında nağıllar aləmindən gələn Makku sehrli qutunun ipucları ilə uşaqları qızıl, toxum, torpaq, ev və ailə üzərindən bizim üçün ən dəyərli olanı axtarmağa dəvət edir. Uşaqların fəal iştirakı ilə baş tutan tamaşanın sonunda ən böyük xəzinənin, dəyərin doğma yer, Vətənimiz olduğu fikri məlum olur...
Aytac Qəmbərovanın müəllifi olan tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb. Səhnə işinin bir parçasına çevrilən uşaqlar böyük sevinc yaşayıblar.
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
























.jpg)









