Qırmızı.az
Bakıda bu küçə təmir olunur - FOTO
Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsi təmir olunur. Təmir işləri küçənin “İmam Zaman” məscidinin qarşısından Ramiz Qəmbərov küçəsi ilə kəsişməsinədək olan hissəsində görülür.
“Azəryolservis”ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, uzunluğu 690, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün mühəndis-kommunikasiya xətləri çəkilmiş xəndəklər bərkidilir, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Ümumilikdə küçənin 10800 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.
Bundan başqa Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində köhnə səki daşlarının yeniləri ilə əvəzlənməsi işləri də aparılır. Küçəyə təqribən 700 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.
İşlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda qüvvə cəlb olunub.
Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Gülnar Əliyeva
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ