Qırmızı.az
Gözdən əlillər üçün Quran nəşr olunub
Gözdən əlillər üçün brayl əlifbasıyla Qurani-Kərim nəşr edilib.
Bu barədə Publika.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
DQİDK-nin maliyyə dəstəyi ilə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərimin təqdimat mərasimi keçirilib. Tədbirdə Komitə sədri, din xadimləri, millət vəkilləri və digər şəxslər iştirak ediblər.
DQİDK sədri M.Qurbanlı bildirib ki, Brayl əlifbası ilə çap edilmiş Qurani-Kərimin hazırlanması prosesinə bu ilin mart ayından başlanılıb.
O, Azərbaycanda ilk dəfə görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün Brayl əlifbası ilə hazırlanan Qurani-Kərimin Dövlət Komitəsinin maliyə dəstəyi ilə 7 dildə çap edildiyini deyib.
M.Qurbanlı qeyd edib ki, Brayl əlifbası ilə Qurani-Kərim Türkiyə, İran, ərəb ölkələrində çap olunub. Lakin Azərbaycanda bu, ilk təşəbbüsdür: “Bu gün Azərbaycanda islam dininə və digər dinlərə dövlət tərəfindən diqət və qayğı göstərilir. Bu özünü hərtərəfli biruzə verir. Prezident İlham Əliyevin tapşırığı ilə dini kitabların çaplarına əlavə vəsaitlər ayrılır. Kitab çapı üçün ayrılmış vəsaitin bir qismi Brayl əlifbası ilə Qurani-Kərimin işıq üzü görməsinə yönəldilib”.
Qeyd edək ki, brayl əlifbası - 1821-ci ildə Luis Brayl tərəfindən ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifbadır.
"Braille"nin gözdən əlillər üçün şriftlərin ixtira etməsinə səbəb isə müharibə olub. Belə ki, Napoleonun sifarişi ilə Charles Barbier gecə vaxtı əsgərlərin pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşla məlumatları bir-birlərinə ötürə bilmələri üçün relyefli şrift tərtib edir. Lakin bunun praktik cəhətdən öyrənilməsində əngəllər olub. Braille şriftlərlə tanış olduqdan sonra əsas çatışmamazlığı tapır. Beləliklə, nöqtələrin sayı 12-dən 6-ya endirilir. Bununla da həmin şriflərdən dünyanın hər yerində bu günə qədər istifadə edirlər.
Gülnar
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi