Qırmızı.az
60 yaşlı sərxoş sürücü özünü biabır etdi - VİDEO
Bakı Şəhər Dövlət Yol Polisi paytaxt yollarında reydlərə başlayıb. Keçirilən növbəti reyd yüksək sürət, görünüşü məhdudlaşdıran pərdə və plyonkalar, maşına edilən dəyişikliklər və qayda pozan sürücülərə qarşı idi.
Tədbir payaxtın Neftçilər prospektində yüksək sürətlə hərəkət
edən “Mercedes” markalı minik maşının yol polisləri tərəfindən
izlənməsi ilə başlayıb. Polisin “saxla” əmirinə tabe olmayan sürücü
hətta bir neçə dəfə qəza şəraiti də yaradıb. Onun bütün hərəkətləri
isə müşahidə kameraları tərəfindən qeydə alınıb.
Amma yol polislərinin hazırladığı süni tıxaca düşən
“Mercedes”-in sürücüsü sonda açarları təhvil verməli oldu.
YPX-nin inspektoru Feyzulla Bağırov sürücünün Hövsan hava limanı
yolunda saxlanılıdığını bildirib. Saxlanılandan sonra məlum olub
ki, “Mercedes” markalı avtomobilin sürücüsü sərxoşdur.
Gəncə və Nobel prospektində keçirilən reyd zamanı saxlanılan 60
yaşlı ağsaqqalın da sükan arxasına içkili əyləşdiyi məlum olub.
Əməlindən utanan sürücü özünü biyabır etdiyini deyib.
Bir neçə sürücü isə maşını müddəti bitmiş tranzit nömrə ilə idarə etdiyi üçün cərimələnib.
Yol Patrul Xidməti maşınının köməyi ilə Rəşid Behbudov küçəsində
hərəkətiz hala gətirilən “Porsche” maraklı maşın isə, xüsusi səs
gücləndirici ilə təmin edildiyi üçün reyd zamanı cərimələnənlər
sırasına düşüb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Vaqif Əsədovun sözlərinə görə, reyd zamanı 3 tibbi müayinə mərkəzində 60-dan çox avtomobili sərxoş halda idarə edən sürücü aşkarlanıb. Onlar məsuliyyətə cəlb ediləəcklər.
Ümumiyyətlə, reyd zamanı hər 5 sürücüdən birinin sərxoş olduğu
müəyyən olunub.
İndi seçim sürücülərindir, ya qayda pozub cərimə olunacaqlar, ya
da bütün lazımi tədbirlər görüləcək ki, yol polisinin hədəfinə tuş
gəlməsinlər. (ans)
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU