Qırmızı.az
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
İlin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.
Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər
verir.
İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu
hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması
ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s.
yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü
etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə
bağlıdır.
İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda,
dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli
əsdirəni söyməzlər.
Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə,
Bahar Azərbaycana martın 20-də 20.57-də daxil olacaq. Həmin gün
bayram axşamı kimi qeyd ediləcək.
-
Dünya13:01
Bundestaq Olaf Şoltsa Rusiya ilə bağlı ultimatum verdi
-
Sosial12:28
SOCAR-dan "İsrailə neft satır" iddialarına REAKSİYA
-
Sosial11:56
Bu şəxslərə şad xəbər: pensiyaları artacaq
-
Nəqliyyat11:31
Bakıda taksi xidməti niyə kəskin bahalaşıb? - Rəsmi açıqlama
-
Region11:11
İrəvan aeroportunda 41 gün aclıq edən Nikolyan Fransaya qayıtdı: Bildirdi ki...
-
Maraq dünyası10:46
Bu ay BÜRCLƏRİ nələr gözləyir? - Pul, karyera, toy və...
-
Dünya10:10
Mask Yupiterlə bağlı sirli proqnoz verdi
-
Sosial09:36
Ermənistanda əsirlikdə olan azərbaycanlıların NADİR GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO