Qırmızı.az
Bu gün Ramazan Bayramıdır: namaz vaxtı
Bu gün müsəlmanlar Ramazan bayramını qeyd edirlər.
Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasına görə, bayram namazı
saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində
qılınacaq.
Məhz bu gün qılınacaq bayram namazından sonra müsəlmanlar yeni aya
keçirlər və onların oruc və niyyətləri qəbul olunur.
Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin
ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini,
dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı
olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə
bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının
axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Bu gecə
"leylətül-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə
haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət
hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı
enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək
əmin-amanlıqdır, sülhdür" (97:1-5).
Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad
arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar,
xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar)
azad olunurlar. Quranda yazılır: "Yeyin, için, qara sap ağ sapdan
seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun" (2:187).
Orucluq İslamdan əvvəl də mövcud idi. Hələ qədim ərəblər öz
"allahları" rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir:
"Sizlərə oruc tutmaq buyurulduğu kimi, sizdən əvvəlkilərə də
buyurulmuşdur".
Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır.
Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər.
Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək