Qırmızı.az
Paytaxtda kütləvi yoluxucu xəstəlik yayılıb
Son günlər Bakıda yoluxucu suçiçəyi xəstəliyi yayılıb.
Publika.az paytaxt sakinlərinə istinadən xəbər verir ki, daha çox uşaqlarda təsadüf olunan, hava damcı yolu ilə keçən bu infeksion xəstəliyin əlamətlərinə əsasən Suraxanı, Sabunçu rayonlarında rast gəlinir. Başlıca əlaməti yüksək temperatur və dəridə səpgilərin yaranması hesab edilən suçiçəyi xəstəliyinə Sabunçu rayonunun Zabrat, Sabunçu qəsəbələrində, habelə Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələrində yaşayan azyaşlılar yoluxub.
Bu qəsəbələrdə yaşayan uşaqlarda yüksək temperatur, üşütmə və ya qusma halı, ayaqlarda, oynaqlarda ağrı, halsızlıq, iştahasızlıq kimi hallara rast gəlinir. Bu səbəbdən də valideynlər azyaşlı övladlarını uşaq bağçalarına göndərməkdən imtina ediblər. Xəstəliyə yoluxanlar arasında hətta yeniyetmələrə də rast gəlinir.
Qeyd edək ki, bu xəstəlik adətən on yaşdan kiçik uşaqlarda daha çox yayılır. Ekspertlər bildirirlər ki, suçiçəyi keçici infeksion xəstəlik sayılır. Orqanizm bu virusa qarşı nə qədər immunitet yaratmış olsa da, müəyyən bir zamanda yenə də xəstəliyə tutulma ehtimalı var.
Anar
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək