Qırmızı.az
Məktəbli formalarının SON qiymətləri açıqlandı
“Məktəbli formalarının dizaynında hər hansı dəyişiklik edilməyəcək. Dəyişiklik yalnız dəstlərin qiymətləri ilə bağlıdır”.
Bu sözləri Modern.az-a açıqlamasında "Bakı Tikiş Evi"nin Satış
şöbəsinin rəisi Etibar Əzimov deyib. O qeyd edib ki, aşağı siniflər
üçün məktəbli dəstələri ölçülərə görə əvvəl 30-35 manat idisə, bu
qiymət artıq qruplaşdırılıb və 34 manat məbləğində müəyyən
edilib.
“Yuxarı siniflər üzrə məktəbli dəstləri ölçülərə görə 40-45 manat idisə, hazırda 43 manatdır”.
E.Əzimov məktəbli formalarını alanların az olduğunu qeyd eidb. “İndi hamı istrahətdə olduğu üçün alıcılar azdır. Kimlər ki, növbəsiz almaq istəyir, indidən alırlar. Qalanları isə dərslərin açılmasına 5-10 gün qalmış əla-ayağa düşürlər”.
Satış şöbəsinin rəisi hazırda bazarda saxta məktəbli formalarına rast gəlmədiyini vurğulayıb. “Hələki saxta məktəbli formalarının satışı aparılmır. Yəqin onları satanlar da dərslərin açılmasına az qalmış canlanacaqlar. Biz hazırda müəyyən qədər məktəbli forması tikmişik, təlabat olarsa yenidən tikiləcək. Bizdə həm hərbi sifarişlər, həm uniformalar tikildiyi üçün gərgin iş gedir. Tikiş evində 800 qadın çalışır, ona görə gərgin iş rejimində çalışırıq” deyə E.Əzimov qeyd edib.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı