Qırmızı.az
MTRŞ: “Bəzi kabel yayımçıları qaydaları pozur”
Azərbaycan Milli Televiziya və Radio Şurasında növbəti görüş keçirilib.
Publika.az xəbər verir ki, görüş Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərlərinin iştirakı ilə baş tutub.
Görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət müzakirə olunub, eləcə də yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
Tədbirdə kabel şəbəkəsi yayımçıları tərəfindən bir sıra hallarda xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması, hər hansı hüquqi əsas olmadan xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası hallarının da mövcudluğu xüsusi vurğulanıb.
Kabel şəbəkəsi yayımı sahəsində bəzi tənzimləmə məsələlərinə Milli Televiziya və Radio Şurasının növbəti iclasında baxılması qərara alınıb.
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”