Qırmızı.az
Gələn ay Azərbaycanda görünməmiş istilər olacaq
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 25-27
dərəcə isti (gecələr 22-27, gündüzlər 30-35 dərəcə isti, ayın
birinci yarısının bəzi günlərində 38-41 dərəcəyədək yüksələcək)
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə
yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm)
olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 31-36 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 38-43 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10 mm) olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta
aylıq temperaturun 17-22 dərəcə isti (gecələr 17-22, gündüzlər
22-27 dərəcə isti, ayın birinci ongünlüyünün bəzi günlərində 32-35
dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox (norma 32-55 mm) olacağı ehtimal edilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr
20-25, gündüzlər 29-34 dərəcə isti, ayın birinci yarısının bəzi
günlərində 36-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu
da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-27 mm)
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 17-22, gündüzlər
26-31 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 35-40
dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə
isə bir qədər çox (norma 13-116 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun
25-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti, ayın
birinci yarısının bəzi günlərində 38-43 dərəcəyədək yüksələcək)
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-22 mm)
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta
aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 20-25, gündüzlər
28-33 dərəcə isti, ayın birinci yarısının bəzi günlərində 35-38
dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox (norma 13-83 mm) olacağı gözlənilir.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO