Qırmızı.az
Bakı-Sumqayıt yolundakı evlər söküləcək - Rəsmi
“Sentyabrın 15-nə kimi Bakı-Sumqayıt qatarı istifadəyə
verilməlidir. Hələ ki, bu istiqamətdə işlər davam
etdirilir”.
AzNews.az xəbər verir ki, bunu Beynəlxalq
Nəqliyyat Marşrutu üzrə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına
çatdırılacaq ilk konteyner qatarının qarşılanma mərasimi zamanı
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov
jurnalistlərə açıqlaması zamanı bildirib.
“Bakı-Sumqayıt dəmir yolunda xeyli sayda qanunsuz tikililər var,
onları təmizləmək lazımdır. Həmin evlərin ilk öncə qeydiyyatı
aparılır, daha sonra onlar kadastr xidmətinə, Maliyyə Nazirliyinə
təqdim olunur. Ondan sonra hökumət kompensasiya ayırırsa, bu
tikililərə görə pullar verilir və qanunsuz tikililər
sökülür.
Sürətin yüksək olmasına mane olacaq bəzi yerlərdə əyriliklər var, biz bunları da düzəldirik. Orta sürət 80-100 olmalıdır ki, sərnişin 40 dəqiqə ərzindən Sumqayıtdan Bakının mərkəzində ola bilsinlər. “Stadler”dən aldığımız 5 qatardan başqa, Riqadan 5 dənə də əlavə təmir olunmuş qatarlar almışıq”- deyə C.Qurbanov bildirib.
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO