Qırmızı.az
Metropoliten kartların istifadəsi ilə bağlı yaranmış problemə aydınlıq gətirdi
Bakıda metrokartların istifadəsi vaxtından əvvəl dayandırılıb.
Metro sərnişinlərinin “Report”a veridiyi məlumata görə, hazırda “28 May”, “Azadlıq” və “Cəfər Cabbarlı” stansiyalarının girişində sərnişin sıxlığı yaşanır, sərnişinlər kartlarının işləməməsindən şikayətlənir.
Kartlarının vaxtından əvvəl blok olunduğunu deyən şikayətçilər, nə hesablarına gediş yükləyə bilirlər, nə metroya daxil ola bilirlər.
Sərnişinlər bildiriblər ki, onlar kart analizi üçün “Cəfər Cabbarlı” stansiyasına göndəriliblər.
Bəzi narazı sərnişinlərin isə stansiyaya ödənişsiz daxil olmalarına icazə verilib.
Kartları blok olunan sərnişinlər kart analizi üçün gəldikləri “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında da analoji vəziyyətin müşahidə olunduğunu deyiblər.
Metropoliten işçilərindən birinin “Report”a verdiyi məlumata görə, kartlara blok qoyulması ora gediş yüklənməsinin qarşısının alınması üçündür. Sərnişin balansına gediş yükləmək istədikdə, kartın öz qiyməti, yəni 2 manat onun balansına yüklənilir və sərnişin həmin karta əlavə gediş yükləyə bilməz. Hesabdakı 2 manat bitdikdən sonra “Metrokart” istifadə üçün yararsız olacaq və sərnişinlər “Bakıkart” almalıdırlar.
Qeyd edək ki, bu gündən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılıb. Əvvəlcədən elan edilib ki, "Metrokart"ın istifadəsi sentyarın 30-dan etibarən dayandırılacaq.
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU