Qırmızı.az
Tufandağ buzlağında ərimə sürətlənib - FOTOLAR
Ötən illərlə müqayisədə Tufandağ buzlaq sahəsində azalma və ərimə prosesi sürətlənib.
Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə Tufandağ buzlağını tədqiq etmək üçün aparılan ekspedisiya zamanı müəyyən edilib.
3755 metr yüksəklikdə aparılmış tədqiqatlar buzlaq üzərində olan
çatların sayının və ölçüsünün artdığı, buzlaq dilinin 10-13 metr
geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun
səviyyəsinin artdığı müəyyən olunub. Buzlağın parametrləri,
koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.
Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal
istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur.
Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal
istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə
dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı
buzlaqlardır.
İqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların
sahəsinin dəyişməsində çox tez büruzə verir. Başqa sözlə, buzlaqlar
qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri
əyani görmək üçün unikal obyektlər, həmçinin şirin su
ehtiyatlarıdır.
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO