Qırmızı.az
Bu günün havası
Avqustun 30-u gündüz şimal və qərb rayonlarından
başlayaraq sentyabrın 02-dək ölkə ərazisində hava şəraitinin
qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Temperatur sentyabrın 01-də ötən günlə müqayisədə 3-5˚
aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən Publika,az-a verilən məlumata görə, Avqustun 30-da
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi
gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22˚, gündüz
26-30˚, Bakıda gecə 20-22˚, gündüz 28-30˚ isti olacağı
gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa
enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil
edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24˚, Zaqulba, Buzovna,
Mərdəkan, Şüvəlanda 24-25˚, Türkan, Hövsan, Şıx, Sahildə 25-26˚
isti olacaq.
Avqustun 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz
keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı
yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 19-24˚, gündüz 27-32˚,
dağlarda gecə 8-13˚, gündüz 15-20˚ isti olacağı gözlənilir.
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO