Qırmızı.az
Avtobuslarda sürət həddini müəyyən edən xüsusi cihazlar quraşdırıla bilər

Azərbaycanda sərnişin avtobuslarında sürücülərin işləmə
vaxtını və sürət həddini müəyyən edən xüsusi cihazların
quraşdırılması təklif edilir.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı payız
sesiyasında təşəbbüs irəli sürüləcəyi gözlənilir.
Qeyd edək ki, bir sıra ölkələrdə sərnişin avtobuslarının
sürücülərinin hər birinin kartı var və bu kartla sürücü 8 saatdan
artıq işləyə bilməz. Avtobuslarda sürət həddinə nəzarət edən
cihazlar da var və əgər sürücü sürət həddini aşarsa, qısa
xəbərdarlıqdan sonra həmin cihaz avtomobilin mühərriki dayanır.
Məsələyə münasibət bildirən millət vəkili Rəfael Cəbraylov da bu
qaydanın vacib olduğunu qeyd edib. R.Cəbraylov deyib ki,
sürücülərin 8 saatdan artıq işləməsi düzgün deyil:
“Azərbaycanda sürücülər gün ərzində 12-13 saat işləyir. Nəzərə
alsaq ki, avtomobil özü yüksək təhlükə mənbəyidir və onun sükanın
arxasında artıq yorulmuş olan bir insanın olması bu təhlükə
mənbəyinin təhlükəsizlik dərəcəsini daha da artırır. Və nəzərə
alsaq ki, söhbət kütləvi şəkildə insanların daşınmasından gedir,
doğurdan da bu çox məsuliyyət yaradır”.
Avtobus sürücülərinin həm də sürət həddini aşaraq təhlükəli şərait
yaratdıqlarını deyən R.Cəbraylov bu məsələlərin texnoloji
yeniliklərdən istifadə edərək qarşısının alınmasının tərəfdarı
olduğunu bildirib:
“Hər bir sürücünün yanına bir nəzarətçi qoymaq çətin məsələdir.
Ancaq texnoloji yeniliklərdən istifadə etməklə bu halların
qarşısını almaq olar. Bu baxımdan mən Azərbaycanda da sürücülərin
fəaliyyətinə nəzarət edən cihazların tətbiq edilməsinin tam
tərəfdarıyam”.

-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi