Qırmızı.az
Vaşinqton və Moskvanın Bakı uğrunda müharibəsi – “Stratfor”dan ŞOK MƏQALƏ
ABŞ Mərkəzi Kəşfiyyatının kölgəsi hesab olunan
“Stratfor” beyin mərkəzi Azərbaycanla bağlı məqalə
hazırlayıb.
Publika.az xəbər verir ki, “Azərbaycanın çevik
milli strategiyası” adlanan məqalədə əvvəlcə Bakı bulvarının
təsviri verilir və qeyd olunur ki, görkəmli binalara sahib olan
Bakı yalnız Azərbaycanın siyasi və kommersiya əhəmiyyətinə malik
olan məkan deyil, həmçinin, Avrasiyada aparıcı enerji oyunçusunun
mərkəzidir.
“Azərbaycan müstəqilliyinin 24 ilini yaşayır. 24 il tarixi
baxımdan qısadır, lakin bu müddət Azərbaycan üçün nəhəng
dəyişikliyə səbəb olub. 1991-ci ildə qazanılan müstəqillik uğursuz
başladı. Azərbaycan həmin vaxt Ermənistanla müharibənin tam
ortasında idi. Mixail Qarbaçovun başladığı yenidənqurma zamanı
Ermənistan etnik ermənilərin əli ilə Qarabağı zəbt etdi. Müharibə
tam yedi il davam etdi və minlərlə həyat bahasına başa gəldi. Sonda
Azərbaycan təkcə Qarabağı itirmədi, həmçinin, 7 rayondan məhrum
oldu. Müstəqilliyinin ilk illərində Azərbaycanın siyasi arenası
olduqca qarışıq idi. Üç ilə üç hökumət dəyişikliyi oldu. 1992-ci
ildə birinci prezident Ayaz Mütəllibovu Əbülfəz Elçibəy əvəz etdi.
1993-cü ildə hakimiyyətə Heydər Əliyev gəldi. Müstəqil Azərbaycanın
üçüncü prezidenti kimi Heydər Əliyev ölkəni birləşdirməyi və siyasi
qaydalar tətbiq etməyi bacardı. Ermənistanla atəşkəs bağlandı.
Heydər Əliyev bu gün də tətbiq olunan Azərbaycanın milli
strategiyasını yaratdı. O, ölkə iqtisadiyyatını inkişaf etdirmək
üçün enerji ehtiyatlarından istifadə etməyə başladı. Böyük
layihələrə imza atdı və ölkəni 1990-cı illərdə Qərbi neftlə təmin
edən əsas resurslardan birinə çevirə bildi. Heydər Əliyev həmçinin
ölkənin müstəqilliyini qoruyub saxlamaq üçün xarici güclər arasında
balanslaşdırılmış siyasət yürütməyə başladı. Azərbaycan Qafqaz
regionunda Rusiya, Türkiyə, İran, Birləşmiş Ştatlar və Avropa ilə
eyni münasibətləri qoruyub saxlayır, onların heç birinə meyl etmir.
Azərbaycan nə Ermənistan kimi Rusiya ilə hərbi cəhətdən bağlandı,
nə də Gürcüstan kimi Qərbə üz tutdu. O, Türkiyə və İranla iqtisadi
münasibətlərini genişləndirdi”- deyə məqalədə bildirilir.
“Stratfor” yazır ki, Heydər Əliyevdən sonra Prezident İlham
Əliyev enerji resurslarının hesabına Azərbaycan iqtisadiyyatını
inkişaf etdirdi və onu şaxələndirdi: “Hərbi xərclər ərazi
bütövlüyünü bərpa etmək üçün artırıldı. İlham Əliyev də Heydər
Əliyevin qurduğu milli strategiyanı izlədi. Rusiya, Türkiyə və Qərb
arasında eyni məsafə saxladı və onların heç birinin yanında yer
almadı. Bakı Tehranın nüvə proqramı üzrə Qərb-İran danışıqlarından
tutmuş, 2008-ci ilə Gürcüstan müharibəsində qədər geniş regional
dinamikanın effektlərini diqqətlə izlədi. Azərbaycan ittifaqlarda
yer almaqdan boyun qaçırdı, o, geosiyasi şərtlərə əsaslanan bütün
tərəflərlə iş görməyə üstünlük verir”.
Məqalədə qeyd olunur ki, Ukrayna böhranından sonra Rusiya və
Qərb arasında toqquşma geosiyasət baxımından Azərbaycan üçün də
çətinliklər yaradır: “O, Avropada enerji payçısı olmaq uğrunda
səylərini artırıb. Transxəzər layihəsində iştirak etməyə razıdır.
Ukrayna münaqişəsində Rusiyanın zəifləməsi Bakıya Dağlıq Qarabağı
qaytarmaq üçün də əlavə şanslar verir. Hazırda Azərbaycan regionda
Qərb və Rusiya üçün eyni dərəcədə əhəmiyyətli ölkədir. Vaxtilə
Azərbaycan balans siyasətindən öz müstəqilliyini qorumaq üçün
istifadə edirdi. Hazırda bu siyasət Avrasiyada vacib oyunçu və
regional güc olmağa xidmət edir”.
Asif Nərimanlı
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO