Qanunsuz fəaliyyət göstərən 4 aptek bağlandı
Bizi izləyin

Qırmızı.az

Qanunsuz fəaliyyət göstərən 4 aptek bağlandı

Səhiyyə Nazirliyi qanunsuz fəaliyyət göstərən 4 aptek aşkarlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət (İnspeksiya) şöbəsi il ərzində 84 aptekdə reydlər aparıb. Nəticədə, 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə inzibati xətalar məcəlləsinin 64.1 bəndinə uyğun olaraq protokollar tərtib edilib.

Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb, bir aptekin fəaliyyəti dayandırlıb. Cəmi, yoxlamalar zamanı, bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.

Son bir necə ay ərzində analitik-nəzarət laboratoriyası tərəfindən 6 preparatın seriyasında normativ sənədlərin tələblərinə cavab verməmə faktı aşkarlanıb və satışına icazə verilməyib. Nazirlikdən bildirilib ki, mərkəzdə əhalinin müraciət və şikayətlərinə də diqqətlə baxılır.

“Əhali arasında dərman preparatına dair hər hansı bir şübhə yaranarsa, bununla bağlı AEM-ə müraciət edə bilərlər. Son bir necə ay ərzində 10 belə şikayətə baxılıb. 2 halda aptek müəssisəsində tələblərə cavab verməyən dərman preparatının satışı aşkar edilib. Faktla bağlı lazımi tədbirlər görülüb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm